Azərbaycanda iki TV və internet porvayderi KATV1-ə birləşib
“Rahat Telecom” və “SN Telecom” "AG Telekom"a (KATV1 brendi) birləşdi. KATV1-in mayası 36 milyon manatı keçdi."AG Telekom" MMC (KATV1 brendi) şirkəti, “Rahat Telecom” MMC və “SN Telecom” MMC-nin ona qoşulması ilə yenidən təşkil edilib və adı çəkilən hüquqi şəxslərin hüquqi varisidir.
Marja.az-ın məlumatına görə, "Rahat Telecom" MMC şirkəti “AG Telekom” MMC-yə qoşulması nəticəsində ləğv edilir. Həmçinin “SN Telecom” MMC şirkəti də “AG Telekom” MMC-yə (VÖEN: 1700475461) qoşulması nəticəsində ləğv edilir.
"SN Telekom” MMC (SNTV) Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən rəqəmsal xidmət təminatçılarından biridir. SNTV brendi uzun illərdir ki, Sumqayıt şəhərində telekommunikasiya bazarında lider mövqeyini qoruyub saxlamaqdadır. Şəhər sakinlərinin TV və İnternet istəklərini günün tələblərinə görə tam yerinə yetirir.
2005-ci ildə təsis olunmuş "Rahat Telekom" MMC Azərbaycanın telekommunikasiya şirkətlərindən biridir. Şirkət 2008-də internet xidmətləri, 2012-də fiber-optik şəbəkələr və yüksək sürətli internet təqdim etməyə başlayıb.
KATV1 brendi ("AG Telekom" ) uzun illərdir ki, ölkənin telekommunikasiya bazarında lider mövqeyini qoruyub saxlamaqdadır.
2009-cu ildə dövlət qeydiyyatına alınmış və 36 milyon 335 min 617 manat nizamnamə kapitalı olan "AG Telekom" MMC-nin qanuni-təmsilçisi Nəhmədov İlqar Şamil oğludur. Şirkət 03 Dekabr 2025-ci il tarixindək 200 min 40 manat nizamnamə kapitalına malik idi.
27 milyon 302 min 65 manat nizamnamə kapitalı olan “Rahat Telecom” MMC-nin qanuni təmsilçisi Abbasov Samir Zabit oğlu, 4 milyon 900 min 25 manat nizamnamə kapitalı olan SN Telecom” MMC-nin qanuni təmsilçisi Qurbanov Bəhram Tahir oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























