Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Rusiyada daha bir bank iflas edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyada daha bir bank iflas edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aktivlərinə görə Rusiyanın 12-ci böyük bankı olan "B&N Bank" iflas etməmək üçün mərkəzi bankdan xilas edilməsini istəyib. 


 
"Marja" xəbər verir ki, "B&N Bank", son üç həftədə eyni tələb ilə çıxış edən ikinci Rusiya bankıdır.

 

Rusiya Mərkəzi Bankı tərəfindən edilən açıqlamada, "B&N Bank"ın sahibi olan milyarder Mixail Gutseriev və ailəsinə məxsus holdinq şirkətinin, mərkəzi banka məxsus Bank Sektorunun Konsolidasyası Fondundan maliyyə yardımı istədiyi bildirilib.

 

Bir aydan qısa bir müddət əvvəl, ödəmə çətinliyinə düşərək kömək istəmiş Rusiyanın ən böyük özəl bankı "Otkritie" üçün də eyni xilasetmə mexanizmi tətbiq edilmişdi.


 
Mərkəzi Bankın açıqlamasında "B&N Bank"ın tələbinə qısa müddət ərzində cavab veriləcəyi bildirilib.

 

"B&N Bank"ın nəzarətini əlində saxlayan  "Safmar" holdinq şirkəti  tələb haqqında suallara cavab verməyib.

 

Bank rəsmiləri və analitiklər bir bank böhranı gözləmədiklərini söyləyirlər. Belə ki, sektordakı aktivlərin yarısına sahib olan dövlət nəzarətindəki bankların kapitaları güclüdür və hər hansı bir təhlükəylə qarşı-qarşıya deyillər.

20.09.2017 11:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18