970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu

"Prime Cotton"un istehsal etdiyi pambığın tam orqanik olduğunu rəsmi şəkildə təsdiqləndi. Rövşən Mahmudov: Azərbaycanın pambıq sektorunda bu sertifikatı əldə edən ilk şirkət olmaq bizim üçün böyük qürurdur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Prime Cotton" şirkəti Azərbaycanın pambıq sektorunda tarixi bir mərhələyə imza ataraq, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin National Organic Program (USDA NOP) çərçivəsində rəsmi Orqanik Sertifikat əldə edən ilk şirkət olub.

USDA NOP sertifikatı "Prime Cotton"un istehsal etdiyi pambığın:

Reklam_3_11

• tam orqanik olduğunu,

• istehsal proseslərinin şəffaf və izlənəbilən şəkildə aparıldığını,

• fəaliyyətlərin qlobal səviyyədə tanınan orqanik standartlara uyğunluğunu rəsmi şəkildə təsdiqləyir.

Bu sertifikat Prime Cotton məhsullarının beynəlxalq bazarlarda etibarlı və rəqabətqabiliyyətli şəkildə təqdim olunmasına mühüm imkanlar yaradır və şirkətin qlobal tərəfdaşlar üçün etibarlı təchizatçı mövqeyini daha da gücləndirir.

“USDA NOP Orqanik Sertifikatının əldə olunması Prime Cotton üçün sadəcə bir sertifikat deyil, şirkətimizin gələcək inkişaf istiqamətini müəyyən edən strateji bir addımdır. Azərbaycanın pambıq sektorunda bu sertifikatı əldə edən ilk şirkət olmaq bizim üçün böyük qürurdur. Bu nailiyyət dayanıqlı kənd təsərrüfatına, şəffaf istehsala və beynəlxalq standartlara sadiqliyimizin bariz göstəricisidir. Məqsədimiz Azərbaycan pambığını qlobal bazarlarda yüksək etimadla təmsil etməkdir” - deyə Prime Cotton şirkətinin Baş icraçı direktoru Rövşən Mahmudov bildirib.

USDA NOP sertifikatı Prime Cotton-un dayanıqlılıq və məsuliyyətli istehsal strategiyasının tərkib hissəsidir. Şirkət eyni zamanda Sedex, OEKATEX, Geodentify, Higg, ICA kimi beynəlxalq sertifikat və üzvlüklərə malikdir.

Bu sertifikat və üzvlüklər Prime Cotton-un beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və məsuliyyətli istehsal prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.

Qeyd edək ki, "Prime Cotton" MMC — 30 illik təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.

[email protected]

+994 (55) 515 01 01

24.12.2025 11:32

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18