Qızıl və gümüş rekord yenilədi
Qızıın qiyməti təhlükəsiz liman tələbinin artması və FED-in faiz dərəcələrini endirəcəyi ilə bağlı gözləntilər fonunda rekord səviyyəyə yüksəlib. Qızılın qiymətində sessiyanın erkən mərhələsində 4530,60 dollar ilə bütün zamanların ən yüksək göstəricisi qeydə alınıb. Gümüş isə 4 faiz bahalaşaraq unsiyası 75,1 dollara qalxıb və tarixi ən yüksək səviyyəsinə çatıb.Qızılın qiyməti təhlükəsiz aktivlərə tələbin güclənməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) əlavə faiz endirimlərinə gedəcəyi ilə bağlı artan gözləntilərin təsiri ilə cümə günü Asiya bazarlarında erkən saatlarda rekord səviyyəyə yüksəlib.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:45-də qızılın unsiyasının qiyməti 0,7 faiz bahalaşma ilə 4512 dollar səviyyəsində ticarət olunub. Qızılın qiymətində sessiyanın erkən mərhələsində 4530,60 dollar ilə bütün zamanların ən yüksək göstəricisi qeydə alınıb.
Gümüş qiymətləri də çərşənbə günü qeydə alınan rekorddan sonra artımını davam etdirib. Gümüş cümə günü 4 faiz bahalaşaraq unsiyası 75,1 dollarla tarixi maksimum səviyyəyə yüksəlib.
Qızıl bu ilin əvvəlindən indiyədək 71 faizdən çox dəyər qazanıb, gümüş isə eyni dövrdə 158 faiz bahalaşıb. İnvestorların daha riskli aktivlərə qarşı ehtiyatlı mövqeyi, süni intellekt balonu ilə bağlı narahatlıqlar və FED-in faiz endirimləri ilə bağlı artan qeyri-müəyyənliklər bu il metalların qiymətlərinin kəskin yüksəlməsinə səbəb olub.
Platin isə cümə günü bütün zamanların ən yüksək səviyyəsinə qalxaraq tarixində ən güclü illik artımı qeydə almağa doğru irəliləyir. Təklifdəki məhdudiyyətlər, Avropa İttifaqının 2035-ci ildən daxili yanma mühərriklərinə qadağa ilə bağlı gözlənilməz siyasət dəyişikliyi və investorların qızıldan çıxaraq digər metallara yönəlməsi bu "rallini" dəstəkləyən əsas amillər olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
10 d. əvvəl
AFB Bank-ın “Sürətli Tender Qarantiyası” məhsuluna maraq artmaqdadır!
-
16 d. əvvəl
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
-
-
40 d. əvvəl
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
-
1 saat əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
15 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
Ən çox oxunanlar
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb























