Bankçılıqda nəhəng birləşmə siqnalı - 1.4 trilyon avro
İtaliyanın ən böyük bankı olan "Unicredit", Avropada potensial tərəfdaş axtarışında gözünü Almaniya hökumətinin də 15 faiz səhminin sahibi olduğu "Commerzbank"a dikib.
"Marja" xəbər verir ki, "Reuters"ə danışan iki mənbə "Unicredit"in bankı tam satın almaq istədiyini və orta perspektivdə prosesin baş verəcəyini iddia edib.
"Unicredit", ötən il 891 milyard avro cəmi aktivlərə çatmış, ancaq 11.8 milyard avro xalis zərərlə rekord qıraraq, 2016-cı ilin dekabr ayında 14 min nəfəri işdən çıxararaq 900 şöbəsini bağlamışdı. İtalyan nəhənginin hazırda 95 minə yaxın əməkdaşı var.
2008-ci ildəki maliyyə böhranında Alman hökumətinin 18.2 milyard avro məbləğində yardımı ilə xilas edilən "Commerzbank" ötən il 1.4 milyard avro əməliyyat mənfəəti açıqlamışdı. Bankın 2016 maliyyə ilində cəmi aktivləri isə 480 milyard avro həcmində olub.
CƏMİ AKTİVLƏRİ 1.4 TRİLYON AVRODUR
İki bankın birləşməsi vəziyyətində cəmi aktivlərin dəyəri, 2016 məlumatlarına görə, 1.4 trilyon avro böyüklüyə yaxınlaşır.
"Commerzbank" mümkün birləşmə ilə bağlı heç bir şərh verməsə də, Almaniyanın maliyyə nazirliyi "Bir sıra məsələ ilə bağlı maliyyə investorları rəsmilərlə əlaqəyə keçib" açıqlamasını verib. O, Almaniyanın "Commerzbank"da olan səhmlərini əbədi saxlamaq istəmədiklərini qeyd edib.
"Unicredit" isə strateji geri dönüşə fokuslandığını desə də, mövzu ilə bağlı bir cavab verməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 22 d. əvvəl
-
- 32 d. əvvəl
- 52 d. əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
14 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
Ən çox oxunanlar
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU







.jpg)




.jpg)





