Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) təqdim etdiyi peyk rabitə xidmətləri çərçivəsində "Starlink" texnologiyası bəzi hallarda əlavə və ehtiyat rabitə həlli kimi nəzərdən keçirilir.
Bu barədə "Azərkosmos"dan bildirilib.
Qeyd olunub ki, xüsusilə dənizçilik (maritime) layihələrində müştərilərə əsas peyk xidmətləri ilə yanaşı alternativ rabitə vasitəsi kimi təklif olunması rabitənin davamlılığının təmin edilməsinə töhfə verir.
Bu yanaşma müxtəlif texnoloji həllərin bir-birini tamamlaması prinsipi əsasında müştərilərə daha etibarlı və fasiləsiz rabitə imkanlarının təqdim edilməsinə xidmət edir.
Qeyd edilib ki, "Starlink" aşağı orbitli peyk qruplaşması üzərindən internetə çıxış imkanı yaradan yeni nəsil rabitə texnologiyalarından biridir. Bu həll xüsusilə yerüstü infrastrukturun məhdud olduğu və ya mövcud olmadığı bölgələrdə internetə çıxışın təmin edilməsi baxımından alternativ imkanlar təqdim edir.
Xidmətin əsas üstünlükləri sırasında qlobal əhatə dairəsi, nisbətən yüksək sürət və aşağı gecikmə göstəriciləri yer alır. Bu xüsusiyyətlər real vaxt rejimində rabitə tələb edən tətbiqlər üçün əlavə imkanlar yaradır. Eyni zamanda, sistemin daşınabilən olması müvəqqəti və səyyar fəaliyyətlər zamanı internetə operativ çıxışı mümkün edir.
Xatırladaq ki, ötən ilin mart ayında Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib. İyun ayında isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Starlink Azerbaijan” MMC-ni rəsmi olaraq uçota alıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























