"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
Hesablama Palatası Maliyyə Nazirliyinin Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində aparılan maliyyə auditi zamanı dövlət borcunun uçotu və idarə olunması sahəsində bir sıra çatışmazlıqlar aşkar edib.
Bu barədə Hesablama Palatasına istinadən xəbər verilir.
Qeyd edilib ki, hesabat ilinin sonuna (2024-cü il) xarici dövlət borcu və xarici dövlət zəmanətləri üzrə faktiki qalıqların müvafiq olaraq 1,4%-i və 63,3%-i beynəlxalq maliyyə-kredit qurumları və xarici banklar tərəfindən təsdiqlənməyib və bu göstəricilər tam həcmdə üzləşdirilməyib.
Bildirilib ki, kredit müqavilələri üzrə əsas borc və faiz ödənişləri tam icra edilsə də, əsas borc və faiz hesablarında əhəmiyyətli məbləğdə vəsait qənaət kimi qalıb. Bu hal borca xidmət xərclərinin proqnozlaşdırılması zamanı bir sıra vacib amillərin – valyutaların ABŞ dollarına nisbətdə məzənnə dəyişikliklərinin, istinad faiz dərəcələrinin və bazar prinsiplərinin – kifayət qədər nəzərə alınmadığını göstərir.
Hesablama Palatası əlavə edib ki, dəyişkən faizli kreditlər üzrə istinad faiz dərəcələrinə vahid yanaşma tətbiq edilməyib, həmçinin əsas borc və faiz ödənişləri üzrə illik qrafiklər kredit müqavilələrinə uyğun şəkildə tənzimlənməyib.
Dövriyyədə olan dövlət istiqrazlarının əhəmiyyətli hissəsi dövlət büdcəsindən birbaşa və ya dolayı yolla vəsait alan hüquqi şəxslərin əlində cəmləşib. Eyni zamanda, büdcə ehtiyacları üçün buraxılan istiqrazların əsasən mövcud investorlar tərəfindən alınması daxili bazarda likvidliyin aşağı olması, investor şəbəkəsinin məhdudluğu və rəqabət mühitinin zəifliyi ilə izah olunur.
Hesablama Palatası hesab edir ki, bu şəraitdə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün yeni istiqraz emissiyaları ya tələb olunan vəsaiti tam qarşılamaya, ya da daha yüksək faiz dərəcələri ilə həyata keçirilə bilər. Bu isə növbəti illərdə dövlət büdcəsi üzrə faiz xərclərinin əhəmiyyətli dərəcədə artması riskini yaradır.
Bu səbəbdən Palata daxili dövlət borclanmasının həcminin dövlət büdcəsinin icra göstəricilərinə uyğunlaşdırılmasını tövsiyə edib.
© APA
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
22 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır












.jpg)



.jpg)











