Aqrar Sığorta Fondu şaxtavurmaya görə 915 min manat zərər ödənişləri edib
Son günlər ölkənin müxtəlif ərazilərində müşahidə edilən qeyri-sabit hava şəraiti - qar yağıntısı, şaxtavurma və donvurma hallar digər sahələrlə yanaşı, kənd təsərrüfatına da təsir edir.
Aqrar Sığorta Fondu müşahidə olunan qeyri-sabit hava şəraitində fermerləri öz əkin sahələrini, xüsusilə də meyvə bağlarını şaxtadan və qar yağmasından sığortalamağa çağırır. Eyni zamanda Fond əkinlərini sığortalamış fermerləri öz bağlarındakı vəziyyəti izləməyə və hadisə baş verdikdə fonda vaxtında müraciət etməyə dəvət edir.
Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən şaxta vurma (donvurma) və normadan artıq qar yağması riskindən də sığortalayır.
Bu hadisələr nəticəsində əkin sahəsinə dəymiş zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanır.
Artıq şaxtavurma riski üzrə fermerlərə ödənişlər də başlayıb və sürətlə artmaqdadır. Belə ki, İndiyədək Aqrar Sığorta fondu tərəfindən şaxtavurma (donvurma) hadisələri üzrə 915 min manat sığorta ödənişi həyata keçirilib.
Aqrar sığorta ödənişləri badam, şaftalı, nektarin, limon, naringi, portağal, ərik, gavalı, gilas meyvələri üzrə həyata keçirilib.
Şaxtavurma riskindən sığortaya böyük maraq səbəbindən sığorta ödənişləri də hər il sürətlə artmaqdadır. 2023-cü ildə şaxtavurma (donvurma) riski üzrə cəmi 5 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişləri 130 min manata, 2025-ci ildə isə 780 min manata yüksəlib.
Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu 41 bitki növü və bitkiçilik məhsullarını, eləcə də heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarını sığorta edir.
Aqrar Sığorta Fondu meyvə bağlarını və məhsulu dolu, fırtına-qasırğa, sel və subasma, normadan artıq qar yağıntaları, doludan keyfiyyət itkisi, şaxtavurma, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair risklərdən sığorta edir. Sığorta haqqının 50%-ni isə fermerin yerinə dövlət ödəyir.
Aqrar sığorta şərtləri və tariflərlə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
3 d. əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
- 7 d. əvvəl
- 19 d. əvvəl
- 32 d. əvvəl
-
1 saat əvvəl
Ziya Bünyadov prospektində boya mağazasında yanğın söndürüülb.
-
1 saat əvvəl
"Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik"
-
1 saat əvvəl
World Class Azerbaijan-da təhlükəsizlik və sağlamlıq yanaşması: preventiv və sistemli model
-
1 saat əvvəl
Aqrar Sığorta Fondu şaxtavurmaya görə 915 min manat zərər ödənişləri edib
-
2 saat əvvəl
“Azərsun Holdinq”dən “Qarabağnamə” – 2026-cı ilin xüsusi təqvim dəsti
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"
World Class Azerbaijan-da təhlükəsizlik və sağlamlıq yanaşması: preventiv və sistemli model
Ən çox oxunanlar
PR mütəxəssislər ilə redaksiyalar və jurnalistlər arasında nə vaxt gərginlik yaranır? - MÜSAHİBƏ
Bakıda daha bir KFC restoranı açılacaq
Yanvarın 22-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
Donald Tramp Azərbaycan Prezidentinə məktub göndərib
“Dell Technologies” Azərbaycanda superkompüter mərkəzi yaradacaq
Dövlət Neft Fondu və “Brookfield Asset Management” niyyət protokolu imzaladı - 1,4 milyard kapital qoyuluşu






















