Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Prime Cotton" şirkəti 2025-ci ildə pambıq və tekstil sahəsində rekord nəticələrə imza atıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Prime Cotton" şirkəti 2025-ci ildə pambıq və tekstil sahəsində rekord nəticələrə imza atıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci il "Prime Cotton" şirkəti üçün kənd təsərrüfatı, emal və ixrac fəaliyyətləri baxımından strateji dönüş ili olub.

Şirkət il ərzində 6 min 708 fermerlə əməkdaşlıq çərçivəsində 40 min 209 hektar ərazidə pambıq əkini həyata keçirərək ümumilikdə 152 min 671 ton pambıq istehsal edib. Bu göstəricilər Prime Cotton-un ölkə üzrə ən geniş istehsal və tədarük zəncirinə malik aparıcı şirkətlərdən biri olduğunu bir daha təsdiqləyir.

Reklam_3_11

2025-ci il mövsümündə faktiki yığım göstəriciləri üzrə 6 min 709 fermerlə 37 min 514 hektar sahədən 142 min 452 ton pambıq tədarük olunub ki, bu da ölkədə pambıq istehsalı sahəsində son 30 ilin ən yüksək nəticələrindən biri hesab olunur.

Şirkətin ixrac fəaliyyəti də əhəmiyyətli dərəcədə genişlənib. İl ərzində "Prime Cotton" məhsulları 10 ölkəyə ixrac olunub, 4 yeni bazara çıxış təmin edilib və ümumilikdə 60-dan çox beynəlxalq müştəri ilə əməkdaşlıq qurulub. İxrac olunan əsas məhsullar sırasında mahlıc, çiyid, pambıq yağı, jımıx, iplik və dənli bitkilər yer alır.

2025-ci il eyni zamanda Prime Cotton-un beynəlxalq etimad və sertifikatlaşma baxımından mühüm nailiyyətlər əldə etdiyi il olub. Şirkət OEKO-TEX® Standard 100, USDA Organic, Sedex Supplier Plus, HIGG, ETKO, Geodentify, International Cotton Association (ICA) üzvlüyü, eləcə də ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 sertifikatları daxil olmaqla 10 beynəlxalq sertifikata sahib olaraq fəaliyyətini qlobal standartlara uyğun şəkildə qurduğunu təsdiqləyib.

Prime Cotton-un Baş icraçı direktoru Rövşən Mahmudov əldə olunan nəticələri belə dəyərləndirib:

“2025-ci il Prime Cotton üçün təkcə istehsal həcmlərinin artımı deyil, sistemli idarəetmənin və fermerlərlə qurulan sağlam tərəfdaşlığın real nəticəsidir. Minlərlə fermeri, on minlərlə hektar sahəni və beynəlxalq bazarları əhatə edən bu fəaliyyət modeli göstərir ki, Azərbaycan pambığı artıq keyfiyyət, izlənəbilənlik və etimad baxımından qlobal səviyyədə qəbul olunur.”

Qlobal pambıq və iplik bazarında davamlılıq, sertifikatlaşdırma və mənşə izlənəbilənliyinə artan tələbat fonunda Prime Cotton-un 2025-ci il nəticələri Azərbaycanın qeyri-neft ixrac potensialının güclənməsinə mühüm töhfə kimi qiymətləndirilir.

Qeyd edək ki, "Prime Cotton" MMC — 30 ildən artıq təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.

İş elanları AzVak.az-da

Prime Cotton Prime Cotton 2025 Prime Cotton pambıq istehsalı Prime Cotton tekstil sektoru pambıq və tekstil sənayesi pambıq fermerləri pambıq əkini pambıq yığımı pambıq tədarükü mahlıc istehsalı iplik istehsalı pambıq yağı istehsalı pambıq çiyidi pambıq jımıxı qeyri-neft ixracı kənd təsərrüfatı ixracı aqrar sektor Azərbaycan pambıq istehsal həcmi pambıq rekord göstəricilər pambıq sahələri hektar pambıq məhsuldarlığı pambıq emalı pambıq tədarük zənciri tekstil xammalı sertifikatlı pambıq ekoloji tekstil dayanıqlı kənd təsərrüfatı Azərbaycan tekstil sektoru Prime Cotton MMC GP Cotton Holdings pambıq və iplik bazarı pambıq ixrac potensialı Azərbaycan aqrar ixracı pambıq sənayesində lider şirkət
02.02.2026 13:22

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18

Ən çox oxunanlar