"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Azərbaycan Mərkəzi Bankı (AMB) bankların əmanət portfelində dedollarizasiya prosesinin sona qədər getməsində, başqa sözlə bütün əmanətlərin manatla yerləşdirilməsində maraqlı deyil.
Bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"2025-ci ilin sonunda rezident fiziki şəxslərin xarici valyutada olan əmanətlərinin xüsusi çəkisi təxminən 28 % olub. Bu, 2024-cü ilin yekunu ilə müqayisədə 2,6 faiz bəndi azdır. Bizim hədəfimiz 20-25 %-dir və dedollarizasiya prosesinin davam etməsini istəyirik, amma bunun sona qədər getməsini istəmirik. Çünki iqtisadiyyatın xarici valyutada olan kreditlərə qədər tələbatı var. Bu gün bu tələbatın xüsusi çəkisi 14 %-dir", - deyə o qeyd edib.
T.Kazımovun sözlərinə görə, bu gün banklarda dollar likvidliyi ilə problem yoxdur:
"Hüquqi şəxslərin vəsaitləri ilə birlikdə dollarlaşma səviyyəsi 41 %-dir. Yəni, əlavə 27 % dollar payı var ki, xarici qiymətli kağızlara investisiya olunub. Bizim də tələbimiz var ki, banklar xarici valyuta kreditlərini yalnız həmin valyutada gəliri olan fiziki və hüquqi şəxslərə versinlər və yaxud hecləşdirilmiş, sığortalı kreditlər versinlər. Əgər real sektorda xarici valyuta kreditlərinə tələbat artsa, düşünürəm ki, bankların da iştahları artacaq ki, daha çox valyuta dollarla depozit cəlb eləsinlər. Bu gün də belə bir situasiya ilə biz üzləşirik".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)










.jpg)




