Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Avropa Mərkəzi Bankı bazar gözləntilərinə uyğun olaraq faizləri sabit saxlamaq barədə qərar qəbul edib.Avropa Mərkəzi Bankı pul siyasəti iclasında faiz dərəcələrini bazar gözləntiləri ilə paralel olaraq sabit saxlamaq barədə qərar verib.
Marja xəbər verir ki, gecəlik depozit faizi 2% səviyyəsində saxlanılıb; əsas refinans əməliyyatları və marjinal kredit faizləri isə müvafiq olaraq 2,15% və 2,40% səviyyəsində qorunub.
AMB rəsmiləri, xüsusilə son dövrdə avronun 1,20 səviyyəsini aşaraq yüksəlməsinin ixracata yaratdığı təzyiqi və inflyasiya proseslərini yaxından izləyirlər.
Donald Trampın yenidən gündəmə gətirdiyi gömrük tarifləri və ticarət müharibələrinə dair qeyri-müəyyənliklər, investisiya iştahını azaldan əsas risklər kimi diqqət çəkir
Qərar mətnində belə ifadələr yer alıb: "İqtisadiyyat çətin qlobal şəraitə baxmayaraq müqavimətini qoruyur. Lakin ticarət siyasətlərindəki qeyri-müəyyənlik və geosiyasi gərginliklər səbəbindən üzərində qeyri-müəyyənlik davam edir."
Gələcək proqnozları
Bankdan gələcək addımlara dair konkret yön göstərişi veilməsə də, faizlərin bir müddət bu səviyyədə qala biləcəyi siqnalı verilib. Analitiklər və investorlar AMB-nin mövcud pul siyasəti tənzimləmələrini neytal kimi qiymətləndirməsi səbəbindən növbəti iki il ərzində böyük dəyişiklik gözləmir.
AMB-nin bu addımı digər böyük mərkəzi bankların mövqeyi ilə də üst-üstə düşür. İngiltərə Mərkəzi Bankı (BoE) da faizləri sabit saxlayıb, ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) də keçən həftəki iclasında oxşar qərar qəbul etmişdir. Lakin bazar iştirakçıları inflyasiyanın hədəfin altına düşəcəyi halda həm BoE, həm də FED-in gələn aylarda faiz endirimlərinə davam edə biləcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)














.jpg)


