Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Almaniyadan “Amazon”a 59 milyon avro cərimə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Almaniya Federal Kartel İdarəsindən (Bundeskartellamt) verilən açıqlamada, “Amazon”un öz platformasındakı üçüncü tərəf satıcıların qiymətlərini şəffaf olmayan mexanizmlərlə sıxışdırdığının müəyyən edildiyi bildirilib.

Marja xəbər veir ki, açıqlamada, Almaniyada onlayn satışların təxminən 60 faizini əlində saxlayan “Amazon”un, üçüncü tərəf satıcıların qiymətlərini “yüksək” hesab etdikdə məhsulları platformadan çıxardığı və ya görünməsini məhdudlaşdırdığı qeyd olunub.

Müstəqil satıcıların təkliflərinə qiymət məhdudiyyəti tətbiq edildiyinə görə “Amazon”a 59 milyon avro cərimə kəsildiyi qeyd olunan açıqlamada, “Amazon”un qiymət məhdudlaşdırma səlahiyyətinin, həddindən artıq yüksək qiymət halları istisna olmaqla, məhdudlaşdırıldığı bildirilib.

“Amazon bazar gücündən sui-istifadə edə bilməz”

Almaniya Federal Kartel İdarəsinin sədri Andreas Mundt məsələ ilə bağlı qiymətləndirməsində, “Amazon”un öz platformasında satıcılarla birbaşa rəqib olduğunu xatırladaraq, “Amazon, rəqiblərinin qiymətlərini manipulyasiya edərək bazar gücündən sui-istifadə edə bilməz” qiymətləndirməsini edib.

“Amazon”un üçüncü tərəf satıcıların qiymətlərini şəffaf olmayan mexanizmlərlə sıxışdırdığını bildirən Mundt, satıcıların qiymətləri “yüksək” hesab edildikdə məhsulların görünürlüğünün qəsdən azaldıldığını və bu vəziyyətin sərbəst rəqabəti əngəllədiyini vurğulayıb.

“Amazon” çoxlu sayda məhsulu birbaşa satmaqla yanaşı, “Amazon Marketplace” vasitəsilə digər pərakəndəçilər üçün satış platforması da təqdim edir.

Almaniya Federal Kartel İdarəsi ABŞ şirkətinin burada statistik modellərdən istifadə edərək üçüncü tərəf təklifləri üçün “dinamik və dəyişkən qiymət tavanları” hesabladığını açıqlayıb. Bu tavanlar aşıldıqda, məhsulların önə çıxarılan alış-veriş sahəsindən çıxarıldığı və ya platformadan tamamilə silindiyi bildirilib.

İdarənin 2023-cü ildə qanuniləşən yeni səlahiyyətindən ilk dəfə istifadə etməsi diqqət çəkib. Digər tərəfdən, 59 milyon avroluq məbləğ qurumun “Amazon”a kəsdiyi ilk maliyyə cəriməsi olub.

“Amazon” qərardan apellyasiya şikayəti verəcək

“Amazon”dan verilən açıqlamada isə sözügedən ittihamlar rədd edilib.

“Amazon” Almaniya Baş İcraçı Direktoru (CEO) Rocco Brauniger qərarın Avropa İttifaqının (Aİ) rəqabət standartları ilə ziddiyyət təşkil etdiyini və istehlakçıların ziyanına olduğunu iddia edərək, qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

Brauniger, “mağazada rəqabətədavamlı olmayan, hətta "istismarçı" qiymətlərin pis alış-veriş təcrübəsinə səbəb olacağını” iddia edib.

İş elanları AzVak.az-da

05.02.2026 22:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18