Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Demokrat partiyasının keçmiş rəsmisi, hazırda "Netflix" idarə heyətinin üzvü olan Süzen Rays "Trampa yaxın olan şirkətlərin hesab verəcəyi”ni deyib. Bu açıqlama Trampı qəzəbləndirirb. Tramp "Netflix"i onu işdən azad etməyə çağırıb, əks halda Şirkətin nəticələrinə qatlanacağnı deyib.Donald Tramp (Donald Trump) “Netflix”in idarə heyətində olan ABŞ-ın Demokrat partiyasının keçmiş rəsmisi Süzen Raysın (Susan Rice) vəzifədən uzaqlaşdırılması çağırışı ilə texnologiya və media nəhəngini birbaşa hədəfə alıb. Marja xəbər verir ki, Trampın çıxışı sektorda davam edən böyük satınalma rəqabəti və federal yoxlama prosesi ilə eyni dövrə təsadüf etməsi diqqət çəkib.
“Truth Social”dan mesaj
Tramp "Truth Social" platformasında etdiyi paylaşımında Süzen Raysı “Tramp əleyhdarı” və “siyasi fiqur” kimi xarakterizə edib. Rays vəzifədən uzaqlaşdırılmasa, "Netflix"in “buna görə cavab verməli olacağını” (nəticələrinə qatlanacağnı) deyən Tramp, keçmiş demokrat rəsmisini “tamamilə siyasi” olmaqda ittiham edib.
Trampın açıqlamaları, əvvəl media nəhənglərinin satınalma proseslərinə müdaxilə etməyəcəyini bildirməsinə baxmayaraq, birbaşa mövqe ortaya qoyması səbəbilə yeni müzakirələr yaradıb.
Süzen Raysın açıqlamaları gərginliyi artırıb
Keçmiş prezident Barak Obama dövründə milli təhlükəsizlik müşaviri və ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifələrində çalışan Süzen Rays, Co Bayden (Joe Biden) administrasiyasında da daxili siyasət şurasında yer alıb. Daha əvvəl "Netflix" idarə heyətində fəaliyyət göstərən Rays, 2023-cü ildə bu vəzifəyə yenidən təyin olunub.
Süzen Raysın bir proqramında səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Demokratların yenidən hakimiyyətə gələcəyi təqdirdə “Trampa yaxın olan şirkətlərin hesab verəcəyi”ni deyən Rays, şirkətlərin hüquqi proseslərə hazırlaşmaları lazım olduğunu bildirib. Bu ifadələr respublikaçılar arasında “siyasi qisas təhdidi” kimi qiymətləndirilib.
Gərginlik "Warner Bros. Discovery" üçün davam edən milyard dollarlıq satınalma mübarizəsi ilə eyni dövrə təsadüf edib. "Netflix"in studiyanı satın almaq planı da rəqabət hüququ baxımından ilkin mərhələdə qiymətləndirilir.
Sektor ekspertləri siyasi açıqlamaların davam edən antiinhisar proseslərinə dolayı yolla təsir göstərə biləcəyinə diqqət çəkirlər.
Trampa yaxınlığı ilə tanınan Laura Lumer "Netflix"i sərt ifadələrlə tənqid edib. Lumer şirkəti “Amerika əleyhinə” olmaqda ittiham edərək, mümkün satınalmadan sonra platformanın demokratlara yaxın məzmunlarla doldurulacağı iddiasını gündəmə gətirib.
Son hadisələr yalnız media sektorunda böyük birləşmə yarışını deyil, Vaşinqtondakı siyasi qütbləşməni də yenidən gündəmin ön sıralarına çıxarıb. Analitiklər media nəhənglərinin artan bazar gücü ilə siyasi gərginliyin bir-birinə qarışmasının yaxın dövrdə daha çox müzakirə yaradacağını bildirirlər.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 13 saat əvvəl
-
- 15 saat əvvəl
-
18 saat əvvəl
Trampın İranın cavabını rədd etməsindən sonra neft bahalaşıb
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
1 gün əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
Morgan Stanley-dən 150 dollarlıq neft ssenarisi
Mayın 12-də gözlənilən hava şəraiti - 30° isti
Tramp 13–15 may tarixlərində Çinə səfər edəcək
Tramp: İranın verdiyi cavab “tamamilə qəbuledilməzdir”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 2 GÜN
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
“Zangilan City Park Hotel”in təməli qoyuldu
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub






.jpg)










.jpg)







