Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il Azərbaycandakı sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması, daha 2 müəssisənin təməlinin qoyulması planlaşdırılır.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Reklam_3_11

O, qeyd edib ki, sənaye zonalarının genişləndirilməsi prosesi bu ilin ilk ayından etibarən sürətlə davam edir:

"Artıq yanvar ayında Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında iki müəssisənin açılışını edib, bir müəssisənin təməlini qoyub. Dövlət başçısının sənaye zonalarının inkişafına göstərdiyi diqqət və dəstək bu sahənin ölkənin iqtisadi siyasətində prioritet istiqamətlərdən olduğunu bir daha təsdiq edir. Əsas məqsəd sənaye zonalarını ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını təmin edən strateji mərkəzlərə çevirməkdir. Hazırda agentlik bu istiqamətdə fəaliyyətini aktiv şəkildə davam etdirir".

İnvestisiya qoyuluşu 7 milyard manata çatıb

Seymur Adıgözəlov bildirib ki, indiyə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəetməsində olan sənaye zonalarına investisiya qoyuluşu 7 milyard manat təşkil edib.

Onun sözlərinə görə, bunun 136 milyon manatı ötən ilin payına düşüb.

"İndiyə qədər sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident, təkcə ötən il isə 25 rezident və 4 qeyri-rezident qeydiyyatdan keçib. Ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə 7 milyard manat faktiki sərmayə yatırılıb. Ümumilikdə 82 yeni müəssisə, təkcə ötən il isə 14 yeni müəssisə fəaliyyətə başlayıb. Ümumilikdə 9 700-dən çox, təkcə ötən il isə 1 100 daimi iş yeri yaradılıb. 2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilib. Təkcə ötən il isə satışın ümumi dəyəri 4 milyard manata yaxın, o cümlədən ixracın ümumi dəyəri isə 1,2 milyard manat təşkil edib. Sənaye parklarında tətbiq edilən vergi və gömrük güzəştləri nəticəsində rezidentlər ümumilikdə 547 milyon manat, təkcə ötən il isə 42 milyon manat vəsaitə qənaət ediblər".

S.Adıgözəlov onu da deyib ki, sənaye zonalarına xarici investisiya qoyuluşu getdikcə artmaqdadır:

"Sənaye zonaları ilə bağlı rəqəmlər onların artıq formalaşmış və dayanıqlı bir sənaye mühitinə çevrildiyini göstərir. Əgər 2016-cı ildə cəmi 10,4 milyon xarici investisiya cəlb olunmuşdusa, 2025-ci ildə bu rəqəm 87,9 milyon manata çatıb. Bu rəqəmlər iqtisadi zonalarımızın beynəlxalq investorlar üçün cəlbediciliyinin davamlı olaraq artdığını aydın şəkildə göstərir".

Onun sözlərinə görə, Mingəçevir, Qaradağ, Pirallahı və Hacıqabul sənaye parklarında, eləcə də Neftçala, Sabirabad və Masallı sənaye məhəllələrində istehsalın genişləndirilməsi və yeni layihələrin icrası davam etdirilir:

"2024-cü ilin sonunda yaradılmış Naxçıvan Sənaye Parkı və 2026-cı ildə təsis edilmiş Qərb Sənaye Parkında da hazırda zəruri infrastrukturun qurulması istiqamətində işlər aparılır". O qeyd edib ki, yaradılan sənaye infrastrukturu regionlarda sahibkarlığın inkişafına, sənaye potensialının balanslı şəkildə formalaşdırılmasına və iqtisadi aktivliyin genişlənməsinə xidmət edir".

İş elanları AzVak.az-da

© "Report"

sənaye zonaları Azərbaycanda yeni müəssisələr sənaye parklarının genişləndirilməsi İlham Əliyev Sumqayıt Sənaye Parkı açılış investisiya qoyuluşu sənaye zonaları investisiya portfeli layihələri rezident və qeyri-rezident şirkətlər yeni müəssisələrin fəaliyyəti daimi iş yerləri yaradılması sənaye zonalarında məhsul satışı sənaye ixracı vergi və gömrük güzəştləri xarici investisiya artımı Mingəçevir Sənaye Parkı Qaradağ Sənaye Parkı Pirallahı Sənaye Parkı Hacıqabul Sənaye Parkı Neftçala Sənaye Məhəlləsi Sabirabad Sənaye Məhəlləsi Masallı Sənaye Məhəlləsi Naxçıvan Sənaye Parkı Qərb Sənaye Parkı regional sənaye inkişafı sahibkarlığın təşviqi ixracyönümlü sənaye siyasəti Azərbaycan iqtisadi zonaları
24.02.2026 11:24

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18