970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyində “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum təşkil olunub.  

Tədbirdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər və iş adamları iştirak ediblər.

Forumda “OBA Market” MMC “Ticarət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən” nominasiyası üzrə təltif olunub. Təltifnaməni “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Baş nazirin müavini Samir Şərifov təqdim ediblər.             

"OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova bildirib ki, bu cür təltiflər məşğulluğa dəstək istiqamətində atılan addımların daha da stimullaşdırılmasına xidmət edir və bu sahəyə verilən töhfənin belə yüksək qiymətləndirilməsi qürur hissi yaradır.

Məşğulluğa dəstək, kadrların inkişafı, xüsusilə də regionlarda bu sahədə irəliləyişin təmin olunması “OBA” marketlər şəbəkəsi üçün prioritet istiqamətlərdən hesab olunur. 2025-ci ildə “OBA” olaraq iki mindən çox insan müxtəlif vəzifələr üzrə işlə təmin olunub və onların karyera inkişafına dəstək göstərilib. Bu isə şirkətin məşğulluğun artırılmasına və insan kapitalının inkişafına verdiyi töhfənin bariz nümunəsidir.

“OBA” yalnız yeni iş yerləri yaratmaqla kifayətlənmir, eyni zamanda əməkdaşların davamlı inkişafını dəstəkləyən təlim proqramları, daxili karyera imkanları və motivasiyaedici iş mühiti formalaşdırır. Bu yanaşma sayəsində əməkdaşların potensialının üzə çıxarılması, onların uzunmüddətli karyera qurmasına şərait yaradılması və ümumilikdə ölkədə məşğulluğun inkişafına töhfə verilməsi əsas prioritetlərdən biri olaraq qalır.                                  

“OBA” marketlər şəbəkəsi ölkə üzrə geniş mağaza infrastrukturu ilə minlərlə insanın məşğulluq imkanlarının yaradılmasına və regionlarda iş yerlərinin artırılmasına davamlı töhfə verir. Şirkət fəaliyyətə başladığı gündən etibarən yerli məşğulluğun dəstəklənməsi, gənclərin iş həyatına cəlb olunması və sosial məsuliyyət prinsiplərinə uyğun fəaliyyət istiqamətini prioritet olaraq müəyyən edib.

Bu mükafat “OBA” marketlər şəbəkəsinin ölkə iqtisadiyyatına verdiyi töhfənin və məşğulluğun artırılması istiqamətində gördüyü işlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir.   

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi ötən il də məşğulluğun inkişafına verdiyi töhfəyə görə eyni mükafata layiq görülmüşdü.

İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti vergi forumu Vergi sistemində gələcəyə baxış forumu OBA Market OBA marketlər şəbəkəsi Natəvan İbrahimova Mikayıl Cabbarov Samir Şərifov ticarət sahəsində məşğulluq məşğulluğun inkişafı Azərbaycanda məşğulluq regionlarda iş yerləri insan kapitalının inkişafı pərakəndə ticarət sektoru OBA Market mükafat Azərbaycanda ticarət sektoru sahibkarlar forumu biznes və məşğulluq Azərbaycanda pərakəndə satış OBA iş yerləri əmək bazarı Azərbaycan
06.03.2026 13:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18