970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Unicapital-da gender bərabərliyi mövzusunda maarifləndirici seminar keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Unicapital-da gender bərabərliyi mövzusunda maarifləndirici seminar keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Unicapital İnvestisiya Şirkəti əməkdaşlarının peşəkar və sosial inkişafına dəstək məqsədilə “Gender bərabərliyi” mövzusuna həsr olunmuş seminar təşkil edib.

Martın 6-da keçirilən tədbir şirkətin korporativ mədəniyyətinin inkişafı və inklüziv iş mühitinin təşviqi istiqamətində atdığı addımların davamı kimi baş tutub.

Seminar çərçivəsində iştirakçılarla Azərbaycanın maliyyə sektorunda gender göstəriciləri, qlobal statistika, liderlik və idarəetmədə gender balansı, eləcə də müasir işə qəbul trendləri kimi mövzular müzakirə olunub. Təlim zamanı real praktik nümunələr təqdim edilib, iştirakçıların sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.

Təlimi Bakı Dövlət Universitetinin müəllimi, genderşünas Nigar Səfərova keçirib. O, 2012-ci ildən insan hüquqları, xüsusilə qadın hüquqları sahəsində müstəqil ekspert kimi fəaliyyət göstərir və gender bərabərliyi istiqamətində müxtəlif maarifləndirici təşəbbüslərdə iştirak edir.

Qeyd edək ki, Unicapital-da gender balansının qorunmasına xüsusi diqqət yetirilir. Bu yanaşma təşkilat daxilində müxtəlifliyin, bərabər imkanların və sağlam korporativ mühitin formalaşmasına töhfə verir.

Unicapital Unicapital İnvestisiya Şirkəti gender bərabərliyi seminarı 8 Mart Beynəlxalq Qadınlar Günü maliyyə sektorunda gender balansı korporativ mədəniyyət inkişafı inklüziv iş mühiti qadın hüquqları liderlikdə gender balansı işə qəbul trendləri gender statistikasının müzakirəsi maarifləndirici seminar Bakı Bakı Dövlət Universiteti müəllimi genderşünas Nigar Səfərova insan hüquqları ekspertləri qadınların iş mühitində rolu korporativ sosial məsuliyyət bərabər imkanlar siyasəti Unicapital korporativ tədbirləri maliyyə sektorunda müxtəliflik siyasəti
11.03.2026 12:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18