970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Maliyyə sektoru üzrə məzunların işə qəbulunda təkcə universitet təhsili kifayət etmir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Maliyyə sektoru üzrə məzunların işə qəbulunda təkcə universitet təhsili kifayət etmir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda maliyyə sektoru üzrə məzunların işə qəbulunda təkcə universitet təhsili kifayət etmir, praktiki təcrübə də mühüm rol oynayır.

Bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Gülər Paşayeva "Banklar forumu və sərgisi"ndə deyib.

Onun sözlərinə görə, maliyyə sahəsində çalışan mütəxəssislərin yalnız nəzəri biliklərlə deyil, eyni zamanda real iş mühitində əldə edilmiş praktiki bacarıqlarla formalaşması vacibdir:

"Universiteti bitirmək avtomatik olaraq işə qəbul olunmaq demək deyil və təcrübəsi olmayan məzunlar əmək bazarında çətinliklərlə üzləşə bilərlər. Bu səbəbdən gənclərin mümkün qədər erkən mərhələdə iş mühitinə daxil olması önəmlidir. Tələbələr hələ universitet illərində – bəlkə də birinci kursdan etibarən – korporativ mühitə daxil olmalıdırlar. Bu mühit həm dövlət, həm də özəl sektor ola bilər. Əsas məqsəd əldə olunan biliklərin praktikada necə tətbiq olunduğunu öyrənməkdir".

G.Paşayeva qeyd edib ki, erkən mərhələdə qazanılan iş təcrübəsi gənclərin maliyyə sektorunda daha rəqabətli mütəxəssis kimi formalaşmasına kömək edir.

İş elanları AzVak.az-da

© "Report"

13.03.2026 13:37

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18