970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

AzVak-mobil_resmin_ustu_31
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

1 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində Çin Banklar Assosiasiyasının (CBA) rəhbərliyi və müvafiq struktur bölmələrinin rəsmi nümayəndələri ilə keçirilən işgüzar görüşdə iştirak edib.

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə baş tutan görüşdə ABA-nı Assosiasiyanın prezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov və baş iqtisadçı Əzizağa Haxverdiyev təmsil ediblər.

Reklam_3_11

Çin tərəfindən isə CBA-nın sədr müavini və baş katibinin müavini cənab Yin Youxiang, baş katib xanım Xu Jieqin və Tədqiqat Departamentinin direktoru cənab Li Jian iştirak ediblər.

Tədbir çərçivəsində tərəflər bank assosiasiyalarının fəaliyyəti, mövcud prioritetlər və gələcək əməkdaşlıq imkanlarına dair ətraflı fikir mübadiləsi aparıblar. Görüş zamanı hər iki ölkənin maliyyə sektorundakı mövcud vəziyyət və inkişaf meyilləri barədə təqdimatlar keçirilib. Bu müzakirələr kontekstində Azərbaycan maliyyə sisteminin Dünya Bankının 2025-ci il üzrə hesabatına əsasən “maliyyə xidmətləri” kateqoriyasında dünya üzrə birinci yerdə qərarlaşdığı xüsusi qeyd olunub və bu yüksək nəticənin əldə edilməsində ölkədəki tənzimləyici çərçivənin rolu vurğulanıb.

Görüşün gedişatında CBA-nın sədr müavini Yin Youxiang və baş katib Xu Jieqin Çin bank sektorunun makroiqtisadi vəziyyəti, maliyyə sabitliyi və qurumun strateji hədəfləri barədə məlumat veriblər. Öz növbəsində ABA prezidenti Zakir Nuriyev Assosiasiyanın missiyası, bank sektorunda həyata keçirilən əsas təşəbbüslər və Azərbaycan–Çin əməkdaşlığının genişləndirilməsi perspektivlərini diqqətə çatdırıb. Həmçinin icraçı direktor Yunus Abdulov ABA-nın təşkilati strukturu və beynəlxalq əməkdaşlıq istiqamətləri, baş iqtisadçı Əzizağa Haxverdiyev isə Azərbaycan iqtisadiyyatındakı makroiqtisadi vəziyyət və bank islahatları haqqında məruzə ediblər. Çin tərəfindən Li Jian isə rəqəmsal maliyyə sahəsində tətbiq olunan innovativ həllər və yeniliklər barədə təqdimatla çıxış edib.

Qarşılıqlı müzakirələrlə davam edən görüşdə tərəflər bank sektorunda təcrübə mübadiləsi və potensial birgə layihələrin reallaşdırılması imkanlarını dəyərləndiriblər. Görüşün sonunda ABA və CBA arasında gələcəkdə əməkdaşlıq memorandumunun imzalanması istiqamətində ilkin razılıq əldə edilib.

03.04.2026 15:10
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19