Yeni modellər "ölü doğuldu" - 7 adam iPhone 8 alıb
iPhone 8 və X modelləri təqdim edildiyindən bu yana Apple şirkəti 52 milyard dollar dəyərdən düşüb. Keçmişdə mağaza önlərində yaranan növbələrdən artıq əsər - əlamət yoxdur.
Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Apple, Sentyabrın 12-də yeni məhsulları iPhone 8 və iPhone X-u tanıtdı.
"Marja" xəbər verir ki, iPhone 8 və iPhone 8 Plus da ötən günlərdə satışa təqdim edilib. Apple-ın, daha əvvəl çıxardığı məhsullarda mağazaların qarşısında növbələr yaranarkən, bu dəfə yeni modellər ölü doğuldu. iPhone 8 alıcılarda növbəyə duracaqları qədər böyük bir həyəcan yaratmağı bacara bilmədi.
Londondakı satışlarının başlamasından sonra ilk saatlarda yalnız yeddi adam iPhone 8 alıb. Sidneydə isə yalnız 30 telefon satılıb. Mütəxəssislər bu qədər aşağı bir tələbin gözlənilmədiyini bildirirlər. Şirkətin bazar dəyəri də bu satış rəqəmlərindən mənfi satış görür.
52.2 MİLYARD DOLLAR "ƏRİDİ"
Apple-ın bazar dəyəri 12 Sentyabr 2017-dəki təqdimatdan bu yana 52.2 milyard dollar "əriyib". Şirkətin o gündən bu yana bazar dəyəri 6.2% düşüb. Təqdimatdan əvvəl 837 milyard 540 milyon dollar olan Apple-ın dəyəri dünən 785 milyard 271 milyon dollara geriləyib.
Mütəxəssislər tələblərin ötən illərdəki modellər ilə müqayisədə olduqca aşağı olduğunu qeyd edirlər.
Yeniliklərin kafi olmadığı, yüksək qiyməti və eyni zamanda iOS əməliyyat sisteminin yeni versiyasının batareya ömürünü sürətli bitirdiyi istiqamətindəki tənqidlər də satışların pis getməsinı səbəb olub.
Ancaq, istifadəçilərin iPhone X modelini gözlədiyini iddia edənlər də var. Apple, iPhone X-u 3 Noyabrda bazara təqdim etməyi planlaşdırır.
TƏDARÜK ŞİRKƏTLƏRİ DƏ İTİRİB
Satışlardakı zəiflik yalnız Apple-a təsir etməyib. Şirkətin tədarükçüləri də ciddi mənada dəyər itkisi ilə qarşı-qarşıyadırlar. Xüsusilə Asiya tədarükçülərinin səhmləri sarsılıb. Tayvanın Foxconn markasının ana şirkəti Hon Hai Precision-un səhmləri dünən 3.3% dəyərdən düşüb. Yeni telefonların satışa çıxdığı cümə günü də 2.5% dəyər itkisi yaşanmışdı. Kameraları istehsal edən Honq Konqun Cowell Holdings şirkəti isə 9.1% dəyər itkisi qeyd edib. Sunny Optical Technology-un səhmləri isə 5.7% nisbətində "əriyib".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
34 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 41 d. əvvəl
- 43 d. əvvəl
-
52 d. əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)














.jpg)



