970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Yelo Bank" ASC 2026-cı ilin ilk rübünü (yanvar-mart) 6 milyon 685 min manat xalis mənfəət ilə başa vurub.

Bank 2025-ci ilin ilk rübünü 11 milyon 200 min manat xalis mənfəət ilə bağlamışdı.

Beləliklə, "Yalo Bank"ın xalis mənfəəti 2026-cı ilin 1-ci rübündə, ötən ili eyni dövrü ilə müqayisədə 5 milyon 515 min manat və ya 40% azalıb.

2025-ci ilin ilk rübündə "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri 51 milyon 961 min manat, cəmi əməliyyat xərcləri 41 milyon 955 min manat, əməliyyat mənfəəti 10 milyon 6 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1 milyon 821 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb, 1 milyon 500 min manat mənfəət vergisi ödəyib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk rübündə "Yelo Bank"ın əməliyyat mənfəəti 8 milyon 951 min manat təşkil etmiş, ehtiyatdan qayıdan 3 milyon 448 min manat hesabına mənfəət 12 milyon 400 min manata yüksəlmişdi və 1 milyon 200 min manat mənfəət vergisi ödənilmişdi.

"Yelo Bank"da  mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın yaranması gecikən kreditlərin artdığına işarədir. 

Banklarda “mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma” bankın gələcəkdə yarana biləcək kredit itkilərinə qarşı əvvəlcədən maliyyə vəsaiti ayırması deməkdir. Sadə dillə izah etsək: Bank kredit verir və ehtimal var ki, bəzi müştərilər krediti geri qaytarmaya bilər. Bu riski nəzərə alaraq bank əvvəlcədən müəyyən məbləği ehtiyat kimi kənara qoyur. Bu prosesə mümkün zərərlər üçün ehtiyatlara ayırma deyilir. Bank kredit portfelini qiymətləndirir, riskli kreditlər müəyyən edilir (məsələn, gecikən kreditlər) və həmin riskə uyğun olaraq bank müəyyən məbləği xərc kimi ayırır və ehtiyat yaradır.

2025-ci ilin ilk rübündə "Yelo Bank"ın faiz gəlirləri 24,2% artıb, qeyri faiz gəlirləri isə 33,5% azalıb.

BANK KİÇİLİB

2026-cı ilin 1-ci rübündə "Yelo Bank"ın cəmi aktivləri cüzi azalaraq 31 mart 2026-cı il tarixində 1 milyard 512 milyon 823 min manat, (2025-ci ilin sonunda 1 milyon 515 milyon 246 min manat), o cümlədən kredit portfeli (müştərilərə verilən kreditlər) 0,7% azalaraq 1 milyard 81 milyon 739 min manat təşkil edib (2025-ci ilin sonunda 1 milyard 89 milyon 71 min manat). Bankın istehlak və biznes kreditləri portfelləri azalıb, daşınmaz əmlak kreditləri portfeli isə cüzi artıb 

31 mart 2026-cı il tarixində "Yelo Bank" 177 milyon 94 min manat məcmu kapitala malik olub. 

İş elanları AzVak.az-da

14.04.2026 17:28

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18