"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Turanbank" ASC 2026-cı ilin ilk rübünü (yanvar-mart) 2 milyon 879 min manat xalis mənfəət ilə başa vurub. Bank 2025-ci ilin ilk rübünü 1 milyon 216 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Turanbank"ın xalis mənfəəti 2026-cı ilin 1-ci rübündə ötən ili eyni dövrü ilə müqayisədə 1 milyon 663 min manat və ya 137% (2,4 dəfə) artıb. Bankın xalis mənfəətinin artmasına əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan məbləğin 1 milyon 569 milyon azalması səbəb olub.
Marja.az-ın məlumatına görə, 2026-cı ilin ilk rübündə "Turanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 34 milyon 472 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 27 milyon 502 min manat, əməliyyat mənfəəti 6 milyon 970 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 4 milyon 90 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk rübündə "Turanbank" 6 milyon 875 min manat əməliyyat mənfəətindən 5 milyon 659 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
2026-cı ilin ilk rübündə "Turanbank"ın cəmi əməliyyat gəlirləri 5 milyon 991 min manat, əməliyyat xərcləri isə 5 milyon 997 min manat artıb. Qısası, xərclərdəki artım gəlirlərdəki artımı demək olar ki silib.
KREDİT PORTFELİ BÖYÜYÜB
"Turanbank"ın cəmi aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 5 milyon 897 min manat azalaraq 901 milyon 279 min manata düşüb. Bankın kredit portfeli isə (müştərilərə verilmiş kreditlər) 3 milyon 781 min manat və ya 0,5% artaraq 709 milyon 834 min manata çatıb. Kredit portfelinin böyüməsi istehlak kreditlərinin artması ilə bağlıdır.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2026-cı il tarixində "Turanbank" 116 milyon 438 min manat məcmu kapitala malik olub. Bank 2025-ci ilin sonunda 115 milyon 717 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















