Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu - “Təmiz Şəhər” ASC  informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürüb. Qurum İT sistemlərini “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib. “AzInTelecom” tərəfindən quruma Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) xidmətləri təqdim olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.

“Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom” MMC-yə məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır, 24/7 rejimində monitorinq olunur.

“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.

Təmiz Şəhər ASC AzInTelecom MMC AZCON Holding Hökumət buludu G-cloud Azərbaycan AzInTelecom data mərkəzi Bakı Əsas Data Mərkəzi dövlət qurumlarının İT sistemləri İT sistemlərinin miqrasiyası bulud texnologiyaları Azərbaycan virtual server IaaS backup xidmətləri BaaS data mərkəzi xidmətləri İT infrastrukturu Azərbaycan dövlət İT layihələri Azərbaycan rəqəmsal transformasiya informasiya sistemlərinin təhlükəsizliyi dövlət qurumlarında bulud texnologiyası
15.04.2026 11:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18