"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
"Rabitəbank" ASC 2026-cı ilin ilk rübünü (yanvar-mart) 5 milyon 96 min manat xalis mənfəət ilə başa vurub. Bank 2025-ci ilin ilk rübünü 4 milyon 657 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Rabitəbank"ın xalis mənfəəti 2026-cı ilin 1-ci rübündə ötən ili eyni dövrü ilə müqayisədə 439 min manat və ya 9,4% artıb. Bankın xalis mənfəətinin artması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan məbləğin 2026-cı ilin ilk rübüdə ötən ilin eyni rübü ilə müqayisədə 456 min manat azalması ilə əlaqədar olub. Bankın cari dövrdəki fəaliyyətinin nəticəsini daha doğru əks etdirən əməliyyat mənfəəti azalıb.
Marja.az-ın Bankın maliyyə göstəricilərinə istinadən məlumatına görə, 2026-cı ilin ilk rübündə "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 49 milyon 393 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 42 milyon 998 min manat, əməliyyat mənfəəti 6 milyon 395 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1 milyon 300 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk rübündə "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri 40 milyon 642 min manat, cəmi əməliyyat xərcləri 34 milyon 229 min manat təşkil etmişdi. Bank 6 milyon 413 min manat əməliyyat mənfəətindən 1 milyon 756 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
2026-cı ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri 8 milyon 751 min manat, cəmi əməliyyat xərcləri isə 8 milyon 769 min manat artıb. Qısası, xərclərdəki artım gəlirlərdəki artımı tamamilə silib və əməliyyat mənfəətinin cüzi azalmasına səbəb olub.
BANK KİÇİLİB
"Rabitəbank"ın cəmi aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 7 milyon 30 min manat və ya 0,5% azalaraq 1 milyard 395 milyon 269 min manata düşüb. Bankın kredit portfeli isə (müştərilərə verilmiş kreditlər) 2 milyon 986 min manat və ya 0,3% artaraq 944 milyon 275 min manata çatıb.
"Rabitəbank"da depozitlər isə 42 milyon 7 min manat və ya 4,8% azalaraq 836 milyon 293 min manata düşüb. İlk rübdə həm fiziki, həm də hüquqi şəxslərin depoitləri azalıb.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2026-cı il tarixində "Rabitəbank" 130 milyon 553 min manat məcmu kapitala malik olub. Bank 2025-ci ilin sonunda 125 milyon 444 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























