Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
Şəfəq (Cəbrayıl) günəş layihəsinin investorları olan bp, SOCAR Green, Azərbaycan Biznesinin İnkişafı Fondu və MVM bildirirlər ki, Cəbrayıl rayonunda yerləşən layihə sahəsində günəş panellərinin quraşdırılmasına başlamaqla layihə növbəti mərhələyə keçir. İlk günəş panelinin bu ayın əvvəlində quraşdırılması ilə layihə üzrə tikinti işləri plana uyğun irəliləməkdə davam edir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti Nadir İmanov deyib: “Layihə üzrə aparılan tikinti işlərində bu mühüm mərhələnin başlanmasından çox məmnunuq. Tərəfdaşlarımızla birlikdə əsas diqqətimizi layihənin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə yönəltməklə tikinti işlərini əminliklə irəli aparırıq. İnanırıq ki, bu mühüm layihə bərpa olunan elektrik enerjisinin istehsalı sahəsini və regiondakı əməliyyatlarımızın karbonsuzlaşdırılmasını dəstəkləməklə Azərbaycanın enerji keçidi səylərinə töhfə verəcək.”
Şəfəq günəş enerjisi layihəsinin tikinti işləri ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib. Fotovoltaik modullar, payalar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb. Payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə də ciddi irəliləyiş əldə olunub və bu avadanlıqların təxminən 30%-i artıq quraşdırılıb.
Layihə üzrə aparılan tikinti işlərində yerli resurslardan maksimum istifadə etmək əsas öhdəliklərdən biridir - işlərin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir. Hazırda layihəyə təxminən 350 nəfər yerli işçi cəlb olunub ki, bunlardan 123-ü işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdir.
Tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. Cəbrayılda inşa edilən bu 240 MVt gücündə stansiyanın ildə təxminən 500 QVt/saat bərpa olunan enerji istehsal edəcəyi gözlənilir.
Qeyd edək ki, 2025-ci ilin iyun ayında təsdiqlənmiş 200 milyon ABŞ dolları dəyərində olan Şəfəq (Cəbrayıl) günəş layihəsi çərçivəsində Cəbrayıl rayonunda yeni 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur.
Layihə Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa edilir.
Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.
SJSL şirkətindəki iştirak payları belədir: bp 40,01%, SOCAR Green 39,99%, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) 10% və MVM 10%.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
8 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 saat sonra
-
-
8 saat əvvəl
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
-
8 saat əvvəl
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
-
8 saat əvvəl
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
-
9 saat əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
9 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb






















