8 şirkət və 1 fərdi sahibkara “Startap” şəhadətnaməsi verildi - 3 il mənfəət və ya gəlir vergisi ödəməyəcəklər
İnnovasiya fəaliyyəti üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 272-yə çatıb.Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) KOB subyektlərindən “Startap” şəhadətnaməsinin verilməsi üçün daha 13 müraciət daxil olub. Müraciətlərə “Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 9-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib.
“Startap” şəhadətnamələri “Yumo Technology” MMC-nin avtoservis və avtomobilə qulluq xidmətləri üçün marketpleys, “Myad Solutions” MMC-nin “Admein.az” layihəsi (taksilərdə interaktiv reklam platforması), “Mergen Aİ” MMC-nin “HAL-X” ixtisaslaşdırılmış süni intellekt modeli, “AD Libitum Solutions” MMC-nin parkinq və buraxılış-nəzarət sistemləri üçün proqram təminatı, “Baysart” MMC-nin “Süni İntellektlə İncəsənət” platforması, “Tanz Technologies” MMC-nin süni intellekt əsaslı müştərilər üçün vahid kommunikasiya (“Omnichannel”) platforması,“İnnovation Media Services” MMC-nin “İnnMedia” layihəsi (media qurumları üçün agent əsaslı süni intellekt həlli), “Devlab” MMC-nin süni intellekt əsaslı kadr seçimi və inkişaf platforması, fiziki şəxs Arif Həsənovun süni intellekt əsaslı əmlak alqı-satqı platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)




.jpg)







