AFB Bank mobil tətbiqini yenilədi
Bank xidmətləri indi daha sürətli və daha asan(®) AFB Bank müştəriləri üçün mobil tətbiqini yeniləyib. Yenilənmiş tətbiq daha rahat istifadə, daha sürətli xidmət və gündəlik əməliyyatların daha asan yerinə yetirilməsi üçün hazırlanıb.
Yeni tətbiqə daxil olan istifadəçi əsas məlumatları bir baxışda görə bilir. Hesablar, kartlar, bildirişlər və tez-tez istifadə olunan xidmətlər əsas səhifədə yerləşdirilib. Bu isə vaxt itirmədən lazım olan bölməyə keçməyə imkan yaradır.
Tətbiqin əsas xüsusiyyətlərindən biri çat əsaslı idarəetmə yanaşmasıdır. Artıq əməliyyatlar çat vasitəsilə həyata keçirilir – istifadəçi yazır, təsdiqləyir və əməliyyatı qısa müddətdə tamamlayır. Bu isə bank əməliyyatlarını daha interaktiv və sürətli edir.
Ən çox istifadə olunan xidmətlər – ödəniş və köçürmə əməliyyatları da yenilənib. Proses daha aydın qurulub: hesab seçilir, məbləğ yazılır, məlumat yoxlanılır və əməliyyat tamamlanır. Hər mərhələdə məlumatların görünməsi səhv ehtimalını azaldır və istifadəçiyə rahatlıq yaradır.
Əməliyyat başa çatdıqdan sonra qəbzə baxmaq, onu paylaşmaq və ya eyni ödənişi yenidən təkrarlamaq da mümkündür. Bu xüsusiyyət xüsusilə tez-tez ödəniş edən müştərilər üçün əlavə rahatlıq yaradır.
Mobil tətbiq vasitəsilə filiala getmədən kredit sifarişi vermək, əmanət açmaq, hesabları idarə etmək və bir çox bank xidmətindən yararlanmaq mümkündür. Bu da bank xidmətlərini daha əlçatan edir.
Tətbiqdə təhlükəsizlik məsələlərinə də xüsusi diqqət ayrılıb. Tətbiq biometrik giriş və yüksək təhlükəsizlik standartları ilə təmin olunub ki, bu da istifadəçilərin məlumatlarının qorunmasını maksimum səviyyədə təmin edir.
AFB Bank yenilənmiş mobil tətbiqi ilə müştərilərinə daha rahat, sürətli və sadə xidmət göstərməyə davam edir. Mobil tətbiqi yükləyin, bank işlərinizi istədiyiniz yerdən rahatlıqla idarə edin.
Tədbiqi yükləmək üçün bu linkə keçid edin: https://onelink.to/4aq38c
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























