"Kredit tarixçəsi yaxşı olan borcalan tapmaq çətindir"
“Bu gün banklar kifayət qədər likvid vəsaitə malikdirlər. Bankların kredit verməməsinin səbəbi nağd vəsait çatışmazlığı deyildir. Əsas səbəblərdən biri vəsaitin geri qayıtmayacağı riskidir. Digər bir məsələ kredit tarixçəsi yaxşı olan müştəri tapmağın çətinləşməsidir”.
Bu sözləri “Kredit Zəmanət Fondu” mövzusundakı müsahibə verən “Azərbaycan Bank Tədris Mərkəzi” nin direktoru Cavanşir Abdullayev deyib.
"Bazarda risklər yüksəkdir. Digər məsələ təminat məsələsidir. Banklar daşınmaz əmlakı girov götürməyə ehtiyatlanırlar. Çünki daşınmaz əmlak bazarının özü qeyri-stabildir. Belə bir situasiyada Kredit Zəmanət Fondunun yaradılması önəmlidir".
Bildirib ki, kənd təsərrüfatına kredit qoyuluşu son üç ildə iki dəfə aşağı düşüb. Buna səbəb isə kənd yerlərində təminat mexanizminin olmamasıdır. Ona görə də, Kredit Zəmanət Fondu istər kiçik-orta biznesin, istərsə də kənd yerlərinin kreditləşməsi üçün önəmli mexanizmdir.
“Kredit Zəmanət Fondu mexanizmi bank olmayan kredit təşkilatlarına da şamil olunmalıdır”-deyə O, qeyd edib.
“Kənd yerlərinin kreditləşməsi ilə əsas məşğul olan qurumlar BOKT-lardır. Buna görə də kiçik maliyyə institutları, o cümlədən BOKT-lar bu prosesdən kənarda qalmamalıdır.
Cavanşir Abdullayev həmçinin bildirib ki , agent kredit təşkilatları seçilməli və seçilərkən kredit təşkilatının kapitalı, şəbəkəsi müştəri portfeli nəzərə alınmalıdır.
O, bu məsələ ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyası xətti ilə təklif göndərəcəklərini qeyd edib.
© “Banklar və Biznes”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















