“Nar” “ITU Telecom World – 2017” beynəlxalq sərgisində iştirak edib
25-28 sentyabr 2017-ci il tarixləri arasında Cənubi Koreyanın Busan şəhərində “ITU Telecom World – 2017” beynəlxalq sərgisi keçirilib.
25 sentyabr tarixində Busan şəhərinin BEXCO sərgi və konfrans salonunda rəsmi açılış mərasimi keçirilmiş bu mötəbər beynəlxalq tədbir 4 gün davam etib. BMT-nin informasiya-kommunikasiya texnologiyaları istiqaməti üzrə ixtisaslaşmış təsisatı olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilmiş bu beynəlxalq sərgidə Azərbaycanın İKT nümayəndə heyəti də iştirak edib.
Azərbaycan nümayəndə heyətinin tərkibində bu beynəlxalq tədbirdə təmsil olunan “Nar” sərgidə təşkil edilmiş milli pavilyonumuzda özünün ən son nailiyyətləri – müxtəlif məhsul və xidmətlərini dünya ictimaiyyətinə təqdim edib. “Nar” stendində sərgi ziyarətçiləri və qonaqlara operatorun müxtəlif innovativ xidmətləri, tətbiqlər və həllər nümayiş etdirilib. Bu beynəlxalq forumda iştirak edən “Nar” əməkdaşları sərgi günləri ərzində İKT sahəsinin inkişaf tendensiyalarını müşahidə etmək, beynəlxalq praktikanın yeni istiqamətlərini dəyərləndirmək və geniş təcrübə mübadiləsi aparmaq imkanı qazanıblar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















