Gömrüyün sədri nar və xurma biznesmenlərilə görüşüb - "Operativ həll edəcəyik"
Bu gün Yevlax şəhərində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin nar və xurma istehsalçıları və ixracatçıları assosiasiyalarının nümayəndələri ilə görüşü keçirilib.
DGK Mətbuat Xidmətindən verilən məlumata görə,görüşdə gömrük orqanları tərəfindən xarici ticarətin asanlaşdırılması və daxili bazarın qorunması istiqamətində görülən işlər, gömrük ödənişləri zamanı sahibkarlara güzəştlər, göstərilən elektron gömrük xidmətləri haqqında məlumat verilib.
Komitə rəhbəri bildirib ki, ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, münbit biznes mühitinin formalaşması və sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rol oynayan gömrük orqanları bu istiqmətdə ardıcıl tədbirlər həyata keçirir.
Gömrük sistemində son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ-hüquqi bazanın yaradılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb.
Qeyd edilib ki, komitənin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirilir. Bu kimi görüşlər gömrük-biznes sahəsində qarşıda duran vəzifələri bir daha müəyyənləşdirmək və inkişaf yollarını aramaq işinə öz töhfəsini verir. Xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ilə məşğul olan biznes subyektlərinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün lazımi dəstək göstərilir.
DGK sədri gömrük orqanları tərəfindən reallaşdırılan “bir pəncərə”, “elektron bəyannamə”, “yaşıl dəhliz” və digər yeniliklərin idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsinə münbit şərait yaratdığını bildirib.
Biznes-gömrük əməkdaşlığının inkişaf etdirilməsi, qarşılıqlı işgüzar münasibətlərin peşəkar şəkildə qurulmasının ümumi işə faydasından bəhs edən A. Əliyev gömrük orqanlarının daim sahibkarların yanında olduğunu, onları narahat edən məsələlərin bundan sonra da operativ və obyektiv şəkildə həllini tapacağını diqqətə çatdırıb.
Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndəsi Arif Qaraşov narçılığın inkişaf etdirilməsi, narın xarici bazarlara daha geniş həcmdə çıxarılması və ixrac miqyasının yeni bazarlar hesabına genişləndirilməsi məqsədilə aparılan işlərdən danışıb.
Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifov qeyd edib ki, Azərbaycan əsas xurma istehsalçısı və ixracatçılarındandır və ölkəmizin bu sahədə geniş potensialı var:
"Assosiasiyanın qarşısında duran vəzifələr də bu sahədə istehsalın və ixracın artırılmasını təmin etməkdən ibarətdir".
Daha sonra iş adamları gördükləri işlər barədə məlumat verərək xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə əlaqəli qurumların qarşılıqlı fəaliyyətini dəyərləndirib, həmçinin sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsilə bağlı bu cür görüşlərin keçirilməsinə görə təşəkkürlərini bildiriblər.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
10 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
12 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
12 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
13 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
13 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
13 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
13 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR







.webp)

















