Səhmdarlarına qazanc gətirən bank - 60 milyona yaxın ödədi
Bir çox bankın səhmdarları zərər edən bankını batmaqdan xilas etmək üçün nizamnamə kapitalını artırarkən, PAŞA Bank səhmdarlarına dividend ödəyir.
PAŞA Bank 476 milyon 854 min AZN təşkil edən məcmu kapitalına görə ən iri kommersiya bankı mövqeyini qoruyub saxlamışdır.
“Marja” xəbər verir ki, bunu Çərşənbə günü keçirilmiş mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva bildirib.
PAŞA Bankın cəmi kapitalı 2016-cı ilin sonu ilə müqayisədə 2%-dək azalıb.
"Cəmi kapitalın 2 faiz azalaraq 476 milyon 854 min manatdan 487 milyon 266 min manata geriləməsi Bankın 2017-ci ilin ilk 6 ayı ərzində səhmdarlara 58 milyon 636 min AZN dividend ödəmiəsi ilə bağlıdır",- Xəyalə Nağıyeva bildirib.
XALİS MƏNFƏƏTİ 2 DƏFƏ ARTIB
PAŞA Bank keçən ilin ilk 6 ayı ilə müqayisədə xalis mənfəətini iki dəfə artırmışdır. Bankın xalis mənfəəti 30 İyun 2017-ci il tarixinə bitən 6 ay üzrə 50 milyon 324 min AZN olmuşdur. Bu məbləğ keçən ilin ilk 6 ayı üçün 24 milyon 416 min AZN təşkil etmişdi. 30 İyun 2017-ci il tarixinə faiz gəlirləri 132 milyon 453 min AZN səviyyəsinə çatmışdır. 30 İyun 2016-cı il tarixinə bu məbləğ 65 milyon 372 min AZN olmuşdu.
Daha ətraflı: http://marja.az/news/13953
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















