Neft Fondunun gəlirləri və xərcləri artırılır - FƏRMAN
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri və xərcləri artırılır.
“Marja” xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Neft Fondunun gəlirləri 8 milyard 370 milyon 589,8 min manatdan 10 milyard 813 milyon 861,6 min manata, xərcləri isə 14 milyard 483 milyon 856 min manatdan 15 milyard 242 milyon 928 min manata qaldırılır.
Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra №-si | Gəlir mənbələri | (Əvvəki) Gəlirlərin məbləği (min manat) | (Yeni) Gəlirlərin məbləği (min manat) |
2.1. | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 7 550 705,3 | 9 826 212,0 |
2.2. | Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər | 3 465,0 | 3 605,5 |
2.3. | Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər | 16 830,0 | 17 688,5 |
2.4. | Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər | 799 094,6 | 963 948,0 |
2.5. | Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar | 495,0 | 2 407,6 |
| Cəmi | 8 370 589,9 | 10 813 861,6 |
3-cü hissədəki cədvəl aşağıdakı redaksiyada verilir.
Sıra №-si | Xərc istiqamətləri | Xərclərin məbləği (min manat) |
3.1. | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 105 000,0 |
3.2. | Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi | 6 100 000,0 |
3.3. | Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi | 7 500 000,0 |
3.4. | Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 70 000,0 |
3.5. | Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi | 165 825,0 |
3.6. | “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi | 29 304,0 |
3.7. | Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi | 496 155,0 |
3.8. | Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi | 744 072,0 |
3.9. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 32 572,0 |
| Cəmi | 15 242 928,0 |
Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin xərcləri (ƏVVƏLKİ REDAKSİYA)
Sıra №-si | Xərc istiqamətləri | Xərclərin məbləği (min manat) |
3.1. | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 90 000,0 |
3.2. | Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi | 6 100 000,0 |
3.3. | Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi | 7 500 000,0 |
3.4. | Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 70 000,0 |
3.5. | Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi | 165 825,0 |
3.6. | 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi | 29 304,0 |
3.7. | Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi | 496 155,0 |
3.8. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 32 572,0 |
| Cəmi | 14 483 856,0 |
Fərmana aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilir:
“1.8. Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur























.jpg)
