"Palata ciddi dəyişikliklər edəcək"
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) mikromaliyyə təşkilatlarının ödəniş sistemlərinə inteqrasiya olunması və maliyyə texnologiyalarından geniş istifadə edə bilmələri üçün tənzimləmə siyasətində dəyişikliklər etməyə hazırlaşır.
Bunu "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar" mövzusunda keçirilən beşinci investorlar yarmarkasında MBNP-nin baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov deyib.
Onun sözlərinə görə, tənzimləmə siyasətində dəyişiklik əhali və bu sektorun müştərilərinin maliyyə xidmətlərinə əlçatanlığını maksimum dərəcədə artırmağa imkan verəcək: "6 dekabr 2016-cı ildə prezident İlham Əliyevin fərmanı ilə maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsi imzalanıb. Həmin sənəddə mikromaliyyə institutları ilə bağlı iki əsas istiqamət nəzərdə tutulub. Birinci istiqamət ondan ibarətdir ki, bu növ təşkilatlar riskəsaslı tənzimləmə və nəzarət altında fəaliyyət göstərməlidirlər. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək bu sektorun riskəsaslı nəzarət və tənzimləmə sahəsində dünya təcrübəsinə araşdırırıq və bunu tətbiq etməyi planlaşdırırıq. Digər istiqamət olaraq strateji yol xəritəsində nəzərdə tutulduğu kimi mikromaliyyə təşkilatları ödəniş sistemlərinə inteqrasiya olunmalı, maliyyə texnologiyalarından geniş istifadə etməlidirlər. Biz bunu dəstəkləyirik və artıq tənzimləmə siyasətində dəyişikliklər etməyə hazırlaşırıq ki, əhali və sektorun müştəriləri maliyyə xidmətlərinə əlçatanlığı maksimum dərəcədə artıraq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















