"Mikromaliyyələşdirmə bazarının 50%-nə nəzarət edirik"
"AccessBank" biznesin kreditləşməsində ticarətdən aqrar sektora keçidi müşahidə edir"
"Bank sektoru yerli biznesə dəstək baxımından olduqca vacib rola malikdir".
Bu barədə "AccessBank"ın Korporativ bankçılıq departamentinin direktoru Günay Cəlilova Azərbaycan-Almaniya biznes forumunda çıxışı zamanı bildirib.
Departament rəhbərinin sözlərinə görə, yerli və xarici maliyyə mənbələrinin mövcudluğu iqtisadiyyatın vacib sektorlarına dəstək verən banklar üçün mühüm amildir.
"Real sektorun, xüsusilə aqrar sahənin inkişafı və ixracın həcminin artırılması Azərbaycan hökuməti üçün prioritet hesab olunur. Bu sektorların stimullaşdırılması üçün ölkədə Sahibkarlara Kömək Milli Fondu (SKMF) fəaliyyət göstərir. Adıçəkilən Fond müvəkkil banklar vasitəsilə sahibkarlara güzəştli kreditlər verir. Cari ilin mart ayından etibarən biz aqrar sektorun kreditləşməsində canlanma müşahidə edirik. SKMF-nin 2016-cı il üzrə hesabatına əsasən, Fondun ayırdığı kreditlərin 80%-i aqrar sektorun payına düşüb. Öz növbəsində mikromaliyyələşdirmə bazarının 50%-nə nəzarət edən "AccessBank" biznesin kreditləşməsində ticarətdən aqrar sektora keçidi müşahidə edir", - deyə G. Cəlilova vurğulayıb.
Xanım bankir deyib ki, beynəlxalq maliyyə təsisatları tərəfindən ayrılan kreditlər və digər maliyyə vəsaitləri yerli müəssisələrin vacib maliyyə mənbələrindən biri hesab olunur:
"Bu xüsusda maliyyə vəsaitlərinin cəlb olunması zamanı əsas şərtlər kimi ölkədə əlverişli investisiya mühitinin mövcudluğu və müsbət iqtisadi perspektivlər götürülür. Mövcud iqtisadi vəziyyətdə isə beynəlxalq kreditorlar yerli bankların maliyyələşdirilməsi zamanı bir qədər mühafizəkar yanaşma nümayiş etdirir. Buna baxmayaraq, stabil məzənnə və ÜDM-in mərhələli şəkildə artması müsbət tendensiyadan xəbər verir".
Bank rəsmisi əlavə edib ki, iqtisadi göstəricilərdə müşahidə olunan müsbət tendensiya, monetar stabillik, inflyasiyanın geriləməsi yaxın vaxtlarda maliyyə axınını stimullaşdıracaq.
"İxracın stimullaşdırılması ilə yanaşı manatın devalvasiyası turizmin inkişafına müsbət təsir edir. Bildiyimiz kimi, hökumət turizm sektorunun inkişafını prioritet elan edib. Bu baxımdan banklar bu sektorun maliyyələşdirilməsi üçün imkanlara malik olmalıdırlar", - deyə o qeyd edib.
G. Cəlilova əlavə edib ki, milli valyutanın devalvasiyaya uğraması idxalçılara neqativ təsir edib: "Şirkətlərin xərcləri artıb, bu isə qiymət artımına səbəb olub. Bu neqativ təsiri yumşaltmaq üçün idxalın əvəzlənməsi və analoji sahədə fəaliyyət göstərən yerli müəssisələrin yaradılması olduqca vacibdir. Bu isə yerli istehsalçılara, xüsusilə kiçik sahibkarlara kifayət qədər güclü maliyyə dəstəyinin verilməsini zəruri edir".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























