"Bank Melli İran" Bakı filialı böyük zərərdən sonra mənfəətə çıxıb
"Bank Melli İran" Bakı filialı 2017-ci ilin 9 ayını 1 milyon 336 min manat xalis mənfəətlə başa vurub.
Halbuki, Bank 2016-cı ilin eyni dövründə 15 milyon 370 min manat zərər etmişdi. Zərərin yaranmasının səbəbi aktivlər üzrə ehtiyatların yaradılmasına 16 milyon 873 min manat ayrılması idi. "Bank Melli İran" Bakı filialının lisenziyası ləğv edilmiş banklarda depozitləri qalıb. Bu səbəbdən filial qaydalara uyğun olaraq böyük ehtiyat yaratmaq məcburiyyətində qalmışdı.
"Bank Melli İran" Bakı filialı 2016-cı ili 29 milyon 264 min manat zərər ilə bağlamışdı.
“Marja” filialın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, cari ilin 9 ayında filialın faiz gəlirləri 2 milyon 264 min manat, xarici valyuta əməliyyatları üzrə gəlirlər 142 min manat, haqq və komissiya gəlirləri 150,5 min manat, digər gəlirlər təxminən 3 min manat təşkil edib.
Filial bu il ehtiyatlara ayırma etməyib, əksinə ehtiyatlardan 42 min 791 manatı gəlirə əlavə edib. İnzibati, digər xərclər və vergi çıxıldıqdan sonra filialın 1 milyon 335 min 723 manat xalis mənfəəti qalıb.
30 Sentyabr 2017-ci il tarixində "Bank Melli İran" Bakı filialı 93 milyon 669 min manat cəmi aktivlərə, 30 milyon 224 min manat cəmi öhdəliklərə və 63 milyon 445 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 80 milyon 467 min manat cəmi aktivlərə, 58 milyon 560 min manat cəmi öhdəliklərə və 21 milyon 906 min manat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















