Nikoil Bank “yaralarını sarıyır”
“Nikoil Bank” ASC 2017-cı ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə Bankın cəmi gəlirləri 51 milyon 390 min manat, cəmi xərcləri isə 29 milyon 826 min manat təşkil edib. Nəticədə, 21 milyon 562 min manat əməliyyat mənfəəti yaranıb. Bu ilin 9 ayı üzrə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 21 milyon 689 min manat ayırıldığından, bank 140 min manat zərər edib.
Xatırladaq ki,“NikoilBank” 2016-cı ili 148 milyon 538,8 min manat zərər ilə başa vurmuşdu. Səbəb, Bankın ehtiyatlara 198 milyon 518 min manat ayrılması idi.
30 Sentyabr 2017-ci il tarixində “Nikoil Bank” ASC 410 milyon 684 min manat cəmi aktivlərə, 369 milyon 480 min manat cəmi öhdəliklərə və 41 milyon 203 min manat cəmi balans kapitalına malik olub.
Bank 2016-cı ilin sonunda 439 milyon 726 min manat cəmi aktivlərə, 399 milyon 165 min manat cəmi öhdəliklərə və 40 milyon 561 min manat cəmi kapitala malik olub.
Bankın müştərilərə verdiyi kredirlər 340 milyon 277 min manatdan 292 milyon 124 min manata geriləyib.
Ötən ilin sonu ilə müqayisədə “Nikoil Bank”ın məcmu kapitalı, 52 milyon 280 min manatdan 52 milyon 598 min manata qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















