Yeni gül emalı zavodu tikiləcək
Zaqatalada yeni gül emalı zavodu tikiləcək.
Hazırda zavodun inşası üçün Türkiyədə layihələndirmə işləri aparılır.
Bu barədə Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayonda yeni gül plantasiyaları da salınır. Bu məqsədlə rayonun Aşağı Tala kəndinin ərazisində 100 hektar torpaq sahəsi ayrılıb. Artıq 77 hektar sahədə yeni gül plantasiyası salınıb.
Bolqarıstandan gətirilən 250 min ədəd qızılgül tingi 64 hektar sahəyə əkilib. Ərazinin qalan hissəsinə isə hazırda “lavanda gülü” əkilir. Bu məqsədlə gətirilən 500 min ədəd gülün 260 min ədədi 13 hektar sahəyə köçürülüb və iş davam etdirilir. Yeni salınan gül plantasiyasından bir neçə ildən sonra ildə 500 ton gül ləçəyinin toplanması planlaşdırılır.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 10 d. əvvəl
-
13 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
16 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
17 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 21 d. əvvəl
- 27 d. əvvəl
- 31 d. əvvəl
-
40 d. əvvəl
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Ən çox oxunanlar
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək


























