Goldman: Bitcoin "yeni qızıl" deyil
"Goldman Sachs" müştərilərinə göndərdiyi arayışda, qızıl almağın nə üçün daha faydalı olduğuna dair fikirlər bildirib.
"Marja" xəbər verir ki, qiymətli metalların uzunmüddətli ən yaxşı investisiya vasitələri olduğunu bildirən qurum, bəzilərinin Bitcoin-i "rəqəmsal qızıl" adlandırmasının əleyhinə çıxıb.
Goldman, Bitcoin-in kiber hücumlara qarşı "həssas" olduğunu, qiymətlərdə yüksək volatillik olduğunu vurğulayıb. Virtual valyutalarda dövlətlərin tələblərindən qaynaqlana biləcək risklər olduğunu da bildirən Goldman, buna misal olaraq Çindəki son Bitcoin qadağasını göstərib.
Böhran dövrlərində kripto pulların yeni forma ala biləcəyini, bu yay Bitcoin və Bitcoin Cash olmaq üzrə iki fərqli kripto valyutanın ortaya çıxdığını xatırladıb.
Goldman, qızılda gündəlik volatilliyin (qiymət dəyişikliyinin) daha az olduğunu qeyd edərək, 2017-də Bitcoin-dəki volatilliyin qızıldan təxminən 7 dəfə çox olduğuna diqqət çəkib. Qurum "Kripto valyutalar son dövrdəki məşhurluğuna baxmayaraq, "yeni qızıl" deyil" açıqlamasına da yer verib.
Qızıl bu il 10% bahalaşıb. Qiyməti kəskin dəyişən virtual pul vahidi Bitcoinisə 400%-dən çox bahalaşmışdır..
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
-
- 6 d. əvvəl
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 29 d. əvvəl
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Ən çox oxunanlar
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb






.jpg)
.jpg)







.jpg)








