“Bank of Baku” maliyyə göstəricilərini açıqladı
2017-ci ilin 9 ayı ərzində “Bank of Baku” ASC-nin cəmi gəlirləri 45 milyon 425 min manat (faiz gəlirləri 44 milyon 655 min manat, qeyri-faiz gəlirləri 770 min manat) təşkil edib.
“Marja” Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın cəmi gəlirəri 2,2 dəfə azalıb. Belə ki, 2016-cı ilin 9 ayında “Bank of Baku”nun cəmi gəlirləri 100 milyon 446 min manat, o cümlədən faiz gəlirləri 80 milyon 228 min manat, qeyri-faiz gəlirləri isə 20 milyon 218 min manat təşkil etmişdi.
“Bank of Baku” xərclərini də azaltmağa nail olub. Cari ilin 9 ayında Bankın cəmi xərcləri 38 milyon 127 min manat təşkil edib və nəticədə 7 milyon 298 min manat əməliyyat mənfəəti qalıb. Bank mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 39 milyon 188 min manat ayırdığından 9 ayı 31 milyon 890 min manat zərər ilə bağlayıb. “Bank of Baku” 2016-cı ilin 9 ayını 37 milyon 659 min manat zərər ilə başa vurmuşdu.
“Bank of Baku” 30 Sentyabr 2017-ci il tarixində 433 milyon 678 min manat cəmi aktivlərə, 393 milyon 170 min manat cəmi öhdəliklərə və 40 milyon 508 min manat cəmi balans kapitalına malik olub.
Bank ötən ilin sonunda 549 milyon 609 min manat cəmi aktivlərə, 476 milyon 741 min manat cəmi öhdəliklərə və 72 milyon 867 min manat cəmi balans kapitalına sahib idi.
“Bank of Baku” 2015-ci ilin sonunda 750 milyon manat cəmi aktivlərə malik idi.
Bankın müştərilərə verdiyi kreditlər və lizinqlər ötən ilin sonundakı 252 milyon 321 min manatdan 196 milyon 741 min mmanata geriləyib.
30 Sentyabr 2017-ci il tarixində Bankın məcmu kapitalı 30 milyon 613 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 saat əvvəl
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
12 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
12 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















