“Azərişıq” böyük məbləğdə zərər açıqladı
“Azərişıq” ASC 2016-cı ili 25 milyon 636 min manat zərərlə bağlayıb.
“Azərişıq” ASC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 2 milyard 374,02 milyon manat təşkil edib.
Qurumun maliyyə hesabatına görə, bu, 2016-cı il yanvarın 1-i ilə müqayisədə 17,1% çoxdur.
Ötən il “Azərişığ”ın cəmi öhdəlikləri 51,3% artaraq 996,302 mln. manat, cəmi kapitalı 0,6% artaraq 1 377,718 mln. manat, o cümlədən nizamnamə kapitalı 32,9% azalaraq 885,634 mln. manat olub.
2016-cı ildə səhmdar cəmiyyətinin elektrik enerjisi satışından gəlirləri 958,971 mln. manat (2015-ci ilə nisbətən 26,7% çox), satdığı məhsulun maya dəyəri 885,799 mln. manat (30,3% çox), digər əməliyyat gəlirləri 16,131 mln. manat (17,3% çox), kommersiya xərcləri 29,021 mln. manat (23,1% çox), inzibati xərcləri 12,079 mln. manat (20,2% çox), digər əməliyyat xərcləri 57,145 mln. manat (51,7% çox), sair gəlirləri 8,569 mln. manat (3,3 dəfə çox) təşkil edib. Son nəticədə qurumun vergiyəqədərki zərəri 372 min manat olub.
Ötən il “Azərişıq” əvvəlki illə müqayisədə 2,5 dəfə çox – 25 milyon 264 min manat mənfəət vergisi ödəyib və 2016-cı ili 25 milyon 636 min manat xalis zərərlə başa vurub. Bu, 2015-ci ilə nisbətən 18,1% azdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)









