“Formula-1”in biletləri satışa çıxarılıb - qiymətlər
2018 “Formula-1” Azərbaycan Qran-prisinə bilet satışına start verilib. Noyabrın 6-dan dekabrın 31-dək həm xarici, həm də yerli avtoidman həvəskarları biletləri 20 faiz endirimli qiymətlərlə əldə edə bilərlər.
Bundan başqa, sırf yerli sakinlərə əlavə 25%-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib olan hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan xarici vətəndaşlar daxildi.
İlkin endirim kampaniyası yalnız tribunaya olan və 26-29 aprel tarixlərini əhatə edən 4 günlük biletlər üçün keçərlidi. Hər bir tribunada bu kampaniya üçün məhdud sayda yer ayrılıb. Azyaşlılar üçün alınan 4 günlük biletlər də bu kampaniyaya daxildi. Azyaşlılar kateqoriyası yarış həftəsonu zamanı 2-16 yaşlarından olan yeniyetmələri əhatə edir.
Azyaşlılar üçün biletlər ayrılıqda satılmır, yalnız böyüklər üçün olan biletlə birlikdə satılır. Böyüklər kateqoriyasına yarış həftəsonu ərəfəsində 16-dan çox yaşa sahib olanlar aiddi və bu kateqoriyaya daxil olan hər bir şəxs özündən savayı ən çox 2 ədəd azyaşlı bileti ala bilər. Azyaşlılarla yanaşı, 25%-lik endirimdən yararlanan yerli sakinlər də yarış həftəsonu ərzində yarış məkanına daxil olarkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidilər.
İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün tribunalara 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 160-600 manat arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 manat təşkil edir. Bu kampaniya ərəfəsində 4 günlük biletlərə əlavə olaraq ayaqüstü zonalara birgünlük bilet almaq mümkün olacaq. Bu zonalara birgünlük biletlərin qiyməti cümə günü üçün 60 manat, şənbə günü üçün 100 manat və bazar günü üçün 150 manatdı.
2018-ci il yanvarın 1-dən etibarən biletlərin satışı yalnız xarici vətəndaşlar üçün tam qiymətlər üzərindən aparılacaq, yerli sakinlər üçün nəzərdə tutulmuş 25%-lik endirim isə qüvvədə qalacaq. Həmçinin 2018-ci ilin ilk günündən etibarən yeni bilet seçimləri satışda olacaq.
© Apa Sport
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 24 d. əvvəl
- 27 d. əvvəl
-
27 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib





















