Azərbaycana qarşı “Talışstana azadlıq” təxribatı
Noyabrın 6-da Sankt-Peterburqda mərkəzi magistral qovşaqlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribat cəhdlərinin qarşısı alınıb.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan bildiriblər ki, Vitebskiy prospekti istiqamətindəki yol zolağının üzərindəki kəsişmədə “Talışstana azadlıq” başlıqlı lövhə asılıb. Şüarın bir başında Rusiya Federasiyasının dövlət bayrağı, ortada qondarma qurumun bayrağı, digər tərəfində isə İran İslam Respublikasının bayrağı əks olunub. Bu lövhə, həmçinin Sankt-Peterburqun daxili dəmir yolu stansiyasında da asılıb. Təxribat məzmunlu lövhələr barədə xəbər alan baş konsul Sultan Qasımov dərhal əks tədbirlər görərək, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli əməliyyat idarələrinin rəhbərliyi, xüsusilə polis polkovniki Nikolay Xlusovla əlaqə yaradıb. Aparılmış danışıqlar nəticəsində həmin lövhənin götürülməsi barədə razılıq əldə edilib. Baş konsul bu cür təxribatların ikitərəfli münasibətlərə xələl gətirmək məqsədilə törədildiyini Rusiya Daxili İşlər Nazirliyinin rəhbərliyinə izah edib. Baş konsulun həyata keçirdiyi təcili tədbirlər nəticəsində “Talışstana azadlıq” başlıqlı lövhələr Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli əməliyyat idarələrinin məsul şəxsləri tərəfindən götürülüb.
Qeyd edək ki, 6 noyabr Rusiyada “Milli birlik günü” ilə əlaqədar qeyri-iş günüdür. Təxribatçı qüvvələr məhz qeyri-iş günlərində öz məkrli fikirlərini həyata keçirmək istəyiblər. Lakin baş konsulun yerli hökumət və hüquq mühafizə orqanlarının rəsmiləri ilə qurduğu əməkdaşlıq əlaqələri sayəsində bu təxribatın qarşısını almaq mümkün olub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)




