“Caspian European Club”a baş icraçı direktor təyin edilib
Mustafa Abbasbəyli Caspian European Club-un yeni baş icraçı direktoru təyin edilib.
Bu barədə "Marja"ya Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib.
Telman Əliyev qeyd edib ki, Mustafa Abbasbəyli uzun illər Caspian European Club-un hüquq komitəsinə, gömrük və vergilər komitəsinə rəhbərlik edib.
“O, biznes problemlərinin tədqiqində, həmçinin bizim Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club və Caspian American Club-un Sədri İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladığımız bütün təkliflərin hazırlanmasında fəal iştirak edib”, - deyə Telman Əliyev qeyd edib.
Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə Gəncə şəhərində anadan olub. 2000-ci ildə Xəzər Universitetini bitirərək “Beynəlxalq hüquq” ixtisasına yiyələnib. 2001-ci ildə “Türk dili” ixtisası üzrə Egey Universitetini, 2003-cü ildə Ankara Universitetini “Özəl hüquq” ixtisası üzrə bitirib. 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasında dissertasiya müdafiə edərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Maliyyə sahəsi üzrə bir çox şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Hazırda “Beyli Group” şirkətinə rəhbərlik edir. Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetində dosent kimi çalışır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. 50-dən artıq elmi işin, həmçinin 3 kitabın müəllifidir.
Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club və Caspian American Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
-
6 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
12 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
57 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər














.jpg)









