“Azercell” satılıb?
"TeliaSonera" şirkəti "PAŞA Holdinq" tərəfindən "Azərcell"in səhmlərinin alınmasına dair mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
"TeliaSonera"nın korporativ maliyyə analitiki Yoanna Hansson (Johanna Hansson) bildirib ki, yayılan informasiya spekulyasiyadır: "Biz media spekulyasiyaları ilə bağlı hər hansı şərh vermirik. Qeyd etdiyiniz məsələ ilə bağlı hər hansı məlumat olarsa, sizə açıqlamağa hazırıq".
"PAŞA Holdinq"dən isə sözügedən məsələyə münasibət bildirmək istəməyiblər.
Qeyd edək ki, "TeliaSonera" şirkətinin Avrasiya regionundakı aktivləri "Fintur Holdings" tərəfindən idarə olunur. Söhbət "Azərcell" (Azərbaycan), "GeoCell" (Gürcüstan), "KCell" (Qaxaxıstan), "MoldCell" (Moldova) kimi aktivlərdən gedir.
"Fintur Holdings"in səhmlərinin bir qismi (14,02% birbaşa, 24,02% dolayı) "Türkcell" şirkətinə məxsusdur.
Bundan öncə "TeliaSonera" bildirib ki, tədricən Avrasiya regionundakı iştirakını dayandıracaq. Şirkət "uzun illərdir yerli tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan yorulduğunu" bildirib. Holdinq artıq Nepal və Özbəkistandakı aktivlərini satıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























