Büdcə kəsirinin örtülməsi üçün 30 milyon borc alınacaq
21 noyabr 2017-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Bakı Fonda Birjasından Marja-ya daxil olmuş məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldəverilmişdir;
Dövlət istiqrazının növü | Faizli,ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0105003641 |
Emissiya həcmi | 30 000 000 AZN |
Nominal dəyəri | 100 AZN |
İstiqrazların tədavül müddəti | 728 gün |
Faiz gəliri | 15% |
Ödəmə tarixi | 19.11.2019 |
Anderrayter | Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Qeyd edək ki, dövlət büdcəsinin kəsiri istiqraz buraxılışı ilə cəlb edilən vəsait hesabına da örtülür.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
16 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
20 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
23 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 24 d. əvvəl
- 26 d. əvvəl
- 28 d. əvvəl
- 30 d. əvvəl
- 32 d. əvvəl
-
33 d. əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 44 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
Qeyri-neft ixracında özəl şirkətlər kəskin artım göstərib, dövlət ixracatçılarında azalma qeydə alınıb


























