Qeyri-neft məhsullarının ixracı azalmaqda davam edir
2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 114 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 19606,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11 milyard 889,5 milyon dollar, idxalın dəyəri 7 milyard 716,7 milyon dollar təşkil etmiş, nəticədə 4 milyard 172,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
Ticarət dövriyyəsinin 36,8 faizi Avropa İttifaqı ölkələri, 12,5 faizi MDB üzvü dövlətləri, 50,7 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
İxracın dəyərinin 17,1 faizi İtaliyaya, 12,7 faizi Türkiyəyə, 8,4 faizi Tayvana (Çinin əyaləti), 7,0 faizi Almaniyaya, 6,9 faizi İsrailə, 5,2 faizi Fransaya, 4,8 faizi Hindistana, 4,4 faizi Rusiyaya, 3,7 faizi Gürcüstana, 2,8 faizi Xorvatiyaya, qalan 27,0 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.
İdxal olunmuş məhsulların dəyərinin 17,8 faizi Rusiyanın, 13,8 faizi Türkiyənin, 8,2 faizi Çinin, 6,1 faizi Birləşmiş Krallığın, 5,6 faizi ABŞ-ın, 4,7 faizi Almaniyanın, 3,9 faizi İtaliyanın, hər biri 3,5 faiz olmaqla Norveç və Yaponiyanın, 3,4 faizi Ukraynanın, 2,6 faizi Sinqapurun, 26,9 faizi isə digər ölkələrin payına düşmüşdür.
2016-cı ilin yanvar-noyabr aylarında 1 milyard 117,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən real ifadədə 17,8 faiz azdır.
2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,9 faiz, təzə tərəvəz – 49,1 faiz, kartof – 4,3 faiz, qara metallardan borular – 5,0 dəfə, pambıq ipliyi – 15,3 faiz artmış, şəkər ixracı isə 46,9 faiz, bitki yağları – 59,9 faiz, çay – 72,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 89,8 faiz, polietilen – 3,2 faiz, emal olunmamış alüminium – 23,4 faiz azalmışdır.
2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2016-cı ilin yanvar-noyabr aylarında buğda idxalı 15,3 faiz, xam şəkər və şəkər – 34,8 faiz, bitki yağları – 21,0 faiz, təzə meyvə – 17,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 9,2 faiz, çay – 81,3 faiz, kartof – 48,4 faiz, quş əti və onun əlavə məhsulları – 3,8 dəfə, təzə tərəvəz – 82,1 faiz, mal əti – 0,1 faiz, mebel – 21,0 faiz, hesablama maşınları, blok və qurğuları – 3,2 dəfə, mineral gübrələr – 7,5 faiz, rezin şinlər – 38,4 faiz, məişət kondisionerləri – 5,3 dəfə artmış, minik avtomobillərinin idxalı isə 81,6 faiz, qara metallardan borular – 51,3 faiz, polad prokatı – 0,6 faiz, qara metallardan çubuqlar – 61,3 faiz, polietilen – 23,4 faiz, qara metallardan künclüklər – 36,8 faiz, sement və sement klinkerləri – 15,3 faiz azalmışdır.
Daha ətraflı məlumat əlavə olunur.
Əlavə
2016-cı ilin yanvar-noyabr aylarında idxal və ixracın strukturu
Məhsul qruplarının adları | İdxal | İxrac | ||
min ABŞ dolları | idxalda xüsusi çəkisi, % | min ABŞ dolları | ixracda xüsusi çəkisi, % | |
A | 1 | 2 | 3 | 4 |
Cəmi | 7716723,7 | 100,0 | 11889513,2 | 100,0 |
o cümlədən: | ||||
Diri heyvanlar və heyvan mənşəli məhsullar | 160167,3 | 2,08 | 3596,1 | 0,03 |
Bitki mənşəli məhsullar | 528661,9 | 6,85 | 349379,1 | 2,94 |
Heyvan və ya bitki mənşəli piylər və yağlar | 129369,2 | 1,68 | 14660,1 | 0,12 |
Hazır ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün | 609510,8 | 7,90 | 109307,7 | 0,92 |
Mineral məhsullar | 273889,8 | 3,55 | 10838391,1 | 91,16 |
Kimya sənayesi məhsulları | 645252,3 | 8,36 | 53690,7 | 0,45 |
Plastik kütlələr, kauçuk, rezin, | 344442,6 | 4,46 | 90903,1 | 0,77 |
onlardan hazırlanan məmulatlar | ||||
Emal olunmamış gön, aşılanmış dəri, | 18018,8 | 0,23 | 14675,3 | 0,12 |
təbii xəz, onlardan hazırlanan məmulatlar | ||||
Oduncaq, mantar, onlardan hazırlanan məmulatlar, hörmə məhsulları | 172158,0 | 2,23 | 1180,4 | 0,01 |
Oduncaqdan hazırlanan kağız və karton, | 105066,8 | 1,36 | 3782,6 | 0,03 |
onlardan hazırlanan məmulatlar | ||||
Toxuculuq materialları və məmulatları | 293151,0 | 3,80 | 32857,3 | 0,28 |
Ayaqqabı, baş geyimləri, çətirlər, çəliklər, lələklər, süni güllər | 69309,9 | 0,90 | 301,5 | 0,00 |
Daş, gips, sement, asbest, slyuda, keramika və şüşə məmulatları | 175054,9 | 2,27 | 663,7 | 0,01 |
Qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar | 26684,5 | 0,35 | 70737,8 | 0,60 |
Azqiymətli metallar və onlardan hazırlanan məmulatlar | 1220772,1 | 15,82 | 199429,7 | 1,68 |
Maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatlar | 1865881,1 | 24,18 | 34716,2 | 0,29 |
Quru yol nəqliyyat vasitələri, üzən nəqliyyat vasitələri | 638470,1 | 8,27 | 58512,8 | 0,49 |
Optik, fotoqrafik, ölçü, nəzarət, tibbi alət və aparatlar, saatlar, musiqi alətləri | 175306,4 | 2,27 | 5931,8 | 0,05 |
Müxtəlif sənaye məhsulları | 251935,8 | 3,27 | 1758,9 | 0,01 |
İncəsənət əsərləri, kolleksiya əşyaları və antikvariat | 163,9 | 0,00 | 448,4 | 0,00 |
Digər məhsullar | 13456,5 | 0,17 | 4588,9 | 0,04 |
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
19 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb







.jpg)





.jpg)









