31 rayonda cəmi 1 sığorta şirkəti fəaliyyət göstərir - ARAŞDIRMA
Azərbaycanın bütün şəhər və rayonları sığorta şirkəti şəbəkəsi ilə eyni dərəcəcə əhatə olunmayıb.
Araşdırma nəticəsində məlum olub ki, sığortaçılar daha çox iri şəhərlərdə filial, nümayəndəlik, satış ofisi açmağa çalışırlar.
Bəzi rayonlarda isə vətəndaşlar 1 sığorta şirkətinin xidmətindən istifadə etməyə məcburdurlar.
Azərbaycanda ən çox sığorta şirkəti Bakıdadır. Ölkədəki 21 sığortaçıdan 20-nin baş ofisi paytaxtda yerləşir. Yeganə regional sığorta şirkəti olan "Naxçıvan Sığorta" isə hələ ki, Naxçıvandaki baş ofisi çərçivəsində fəaliyyət göstərir və paytaxtda təmsil olunmur.
Digər şəhər və rayonlara gəldikdə isə, sığorta şirkətlərinin sayı Gəncədə 16, Sumqayıtda 14, Lənkəranda və Şəkidə 11, Xaçmazda 10-dur. Bu bölgələr iqtisadi cəhətdən aktiv olduğuna görə sığorta şirkətlərinin buralara can atması başa düşüləndir.
İşğal altındakı 9 şəhər və rayon nəzərə alınmazda, bəzi rayonlara sığortaçılar ümumiyyətlə maraq göstərmirlər. Məsələn, Ağcabədi, Ağdam, Ağstafa, Babək, Balakən, Beyləqan, Biləsuvar, Cəbrayıl, Culfa, Daşkəsən, Goranboy, Göygöl, Hacıqabul, Xızı, Kəngərli, Kürdəmir, Qax, Qobustan, Lerik, Naftalan, Oğuz, Ordubad, Saatlı, Samux, Sədərək, Şahbuz, Şərur, Tovuz, Ucar, Yardımlı və Zərdab rayonlarında (ümumilikdə 31 rayonda) cəmi 1 sığorta şirkətinin ofisi var. Bu, xidmət şəbəkəsi bütün ölkəni əhatə edən Dövlət Sığorta Kommersiya Şirkəti - "Azərsığorta"dır.
№ | Şəhərin (rayonun) adı | Sığorta şirkətlərinin sayı |
1 | Bakı | 20 |
2 | Gəncə | 16 |
3 | Sumqayıt | 14 |
4 | Lənkəran | 11 |
5 | Şəki | 11 |
6 | Xaçmaz | 10 |
7 | Quba | 7 |
8 | Zaqatala | 7 |
9 | Bərdə | 6 |
10 | Şamaxı | 6 |
11 | Şirvan | 6 |
12 | Mingəçevir | 5 |
13 | Şəmkir | 5 |
14 | Yevlax | 5 |
15 | İsmayıllı | 4 |
16 | Qazax | 4 |
17 | Salyan | 4 |
18 | Abşeron | 3 |
19 | Ağsu | 3 |
20 | Göyçay | 3 |
21 | İmişli | 3 |
22 | Naxçıvan | 3 |
23 | Sabirabad | 3 |
24 | Tərtər | 3 |
25 | Ağdaş | 2 |
26 | Astara | 2 |
27 | Cəlilabad | 2 |
28 | Füzuli | 2 |
29 | Gədəbəy | 2 |
30 | Masallı | 2 |
31 | Neftçala | 2 |
32 | Qəbələ | 2 |
33 | Qusar | 2 |
34 | Şabran | 2 |
35 | Siyəzən | 2 |
36 | Ağcabədi | 1 |
37 | Ağdam | 1 |
38 | Ağstafa | 1 |
39 | Babək | 1 |
40 | Balakən | 1 |
41 | Beyləqan | 1 |
42 | Biləsuvar | 1 |
43 | Cəbrayıl | 1 |
44 | Culfa | 1 |
45 | Daşkəsən | 1 |
46 | Goranboy | 1 |
47 | Göygöl | 1 |
48 | Hacıqabul | 1 |
49 | Xızı | 1 |
50 | Kəngərli | 1 |
51 | Kürdəmir | 1 |
52 | Qax | 1 |
53 | Qobustan | 1 |
54 | Lerik | 1 |
55 | Naftalan | 1 |
56 | Oğuz | 1 |
57 | Ordubad | 1 |
58 | Saatlı | 1 |
59 | Samux | 1 |
60 | Sədərək | 1 |
61 | Şahbuz | 1 |
62 | Şərur | 1 |
63 | Tovuz | 1 |
64 | Ucar | 1 |
65 | Yardımlı | 1 |
66 | Zərdab | 1 |
67 | Kəlbəcər | 0 |
68 | Laçın | 0 |
69 | Qubadlı | 0 |
70 | Şuşa | 0 |
71 | Xankəndi | 0 |
72 | Xocalı | 0 |
73 | Xocavənd | 0 |
74 | Zəngilan | 0 |
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 15 saat sonra
-
- 11 saat sonra
-
5 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
6 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
6 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb











.jpg)









.jpg)


