"İnflyasiya birrəqəmli, iqtisadi artım müsbət olacaq"
"Sistemli islahatların davam etdirilməsi, bank sektorunun sağlamlaşdırılması və valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, makroiqtisadi sabitliyə təhdid yaradan xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülməklə, növbəti ildə inflyasiyanın birrəqəmli, iqtisadi artımın isə müsbət olması proqnozlaşdırılıb".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Qeyd edilənlər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2018-ci ildə ÜDM-in 1,5%, növbəti illərdə isə orta hesabla 3,5% artacağı proqnozlaşdırılır", - deyə o vurğulayıb.
Nazir deyib ki, cari ildəki kimi növbəti ildə də tədiyyə balansının cari hesabının müsbət olacağı (1,4 mlrd. dollar) proqnozlaşdırılır.
"Gələn il hasilatın enməsi nəticəsində neft sektorunun 1% azalacağı, neft-qaz hasilatının, xüsusilə "Şahdəniz" yatağında qaz hasilatının artması nəticəsində növbəti illərdə orta hesabla 5%-ə yaxın artım gözlənilir. Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni tarixi sazişin imzalanması, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 15,9 mlrd. manat, xarici investisiyaların 7,7 mlrd. manat, daxili investisiyaların 8,2 mlrd. manat olacağı proqnozlaşdırılır. Neft sektoruna 6,4 mlrd. manat, qeyri-neft sektoruna isə 9,5 mlrd. manat investisiya yatırılacağı gözlənilir. 2018-ci ildə dövlət investisiya xərcləri 4,9 mlrd. manat olmaqla əsasən ölkə üçün əhəmiyyətli olan infrastruktur layihələrinin, o cümlədən dəmir yollarının, magistral avtomobil yollarının, rayonlararası və kənd yollarının təmir-tikintisi və yenidən qurulması işlərinin aparılmasına, içməli su və kanalizasiya, qazlaşdırma, meliorasiya və su təsərrüfatı, təhsil, səhiyyə, əhalinin sosial müdafiəsi və sosial təminatı layihələrinin icrasına yönəldiləcək", - deyə qurum rəhbəri bildirib.
Ş.Mustafayev əlavə edib ki, mühüm sosial əhəmiyyət kəsb edən və tikinti sektorunun inkişafına təkan verən ipoteka kreditləşməsi növbəti illərdə genişləndiriləcək, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sosial mənzillərin tikilməsi aztəminatlı və gənc ailələrin mənzil probleminin həllinə, həmçinin məşğulluğa töhfə verəcək. Bu məqsədlər üçün 2018-ci ilin dövlət büdcəsində 250 mln. manat nəzərdə tutulub.
© APA
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
















.jpg)



