“Qayğıkeş Ana”dan düzgün qidalanmağın 7 qızıl qaydası
Ötən həftə AccessBank “Qayğıkeş ana” adlı maraqlı layihəyə start verdi.
Layihə çərçivəsində yaradılan virtual ana hər kəsə müxtəlif mövzularda məsləhətlər verir. Yəqin ki, bir çoxunuz artıq Qayğıkeş ananın “-A bala, bəsdir küçədə nə gəldi yedin, mədən xarab olacaq” çağırışına internet saytlarında rast gəlmisiniz. Bu, Qayğıkeş ananın düzgün qidalanma ilə bağlı birinci məsləhətidir. Hər birimiz bilirik ki, duzlu və şirin yeməkləri çox yemək zərərlidir, fastfud təkcə çəkiyə deyil, bütünlüklə sağlamlığa təsir göstərir, siqaret və spirtli içkilər isə orqanizmə böyük ziyan vurur. Bilirik axı, amma riayət etmirik. Gəlin bu məsləhətlə daha yaxından tanış olaq və ən əsası, həyatımızda tətbiq edək.
Düzgün qidalanma – sağlamlığın rəhnidir
Qidalanma hissələrlə olmalıdır, yəni tez-tez və xırda-xırda, gündə ən azı 4-5 dəfə və kiçik hissələrlə yemək lazımdır.
- Qaça-qaça, tez ayaqüstü yemək olmaz. Məsələ ondadır ki, insan yavaş-yavaş yedikdə doyma hissini idarə edən mexanizm düzgün işləyir və lazımi miqdarda qidanın qəbul edilməsi barədə siqnal beyinə vaxtında daxil olur. Qaça-qaça, hərəkət edə-edə yeyərkən bu mexanizm vaxtında işə düşmür və bu halda adam lazım olduğundan çox yeyir.
- Heç vaxt həddindən artıq yeməyin. Bu, həm mədə üçün, həm də bütünlüklə orqanizm üçün zərərlidir.
Yemək zamanı və yeməkdən sonra su içməyin. İstəyirsinizsə, suyu yeməkdən əvvəl için. Lakin, gün ərzində lazımi miqdarda maye qəbul edin və yaxşı olardı ki, bu, təmiz içməli su olsun. Çünki orqanizm sizdən pivə və ya şirin içkilər yox, məhz su tələb edir.
- Un məhsullarını, şirniyyatı, spirtli içkiləri məhdudlaşdırın. Un məhsullarını quruldulmuş, kəpəkli və ya taxıl çörəyi ilə, şirniyyatı quru meyvələr və bal ilə əvəz edin.
- Duzun və müxtəlif ədviyyatların qəbulunu məhdudlaşdırın. Sadəcə, yeməyə qatılan ədviyyatın miqdarını tədricən azaldın, çünki ədviyyatdan istifadəni birdəfəlik dayandırsanız, yemək dadsız olacaq.
- Əlbəttə ki, yeməkdən həzz alın, imkan daxilində, həzm sistemi üçün əlverişli mühit yaradın. Yemək zamanı kitab oxumaq olmaz – bu, lazımından artıq yeməyə səbəb olur.
Ən azı, bu qaydalardan istifadə etsəniz, qidalanmanız əhəmiyyətli dərəcədə dəyişəcək. Özü də buna bazar ertəsindən yox, elə indi başlayın. Unutmayın ki, sağlamlığınız öz əllərinizdədir!
Bütün məsləhətlərlə daha yaxından tanış olmaq istəyirsinizsə, Qayğıkeş Ana saytına daxil olun və həyatınızı yaxşılığa doğru dəyişin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur













.jpg)









