DəmirBank-dan sabiq filial müdiri ilə bağlı açıqlama
Artıq uzun müddətdir ki, DəmirBank-ın sabiq filial müdiri Fərəh Rəşadətli və bir qrup şəxs iləbağlı məhkəmə prosesi davam edir. Bankın filial müdiri ilə bağlı yaydığı açıqlamada deylir.
-DəmirBank 28 illik tarixi ərzində hər zaman qanun çərçivəsində fəaliyyət göstərmiş, bütün müştərilərin hüquqlarını qorumağa çalışmış və bununla yüz minlərlə müştərinin etimadını qazanmışdır. İstintaq başlandığı gündən Bank rəhbərliyi tərəfindən Bankın əməkdaşlıq etməyə hazır olduğu bildirilmişdir və hüquq mühafizə orqanları tərəfindən tələb olunan bütün proseslərdə iştirak edilmişdir. Proses başladığı müddətdən qanun çərçivəsində istənilən məlumatların açıqlanmasına Bank tərəfindən heç bir qadağa qoyulmamış və gələcəkdə də qoyulmayacaqdır.
Yol verilmiş qanun pozuntuları nəticəsində məhkəmə proseslərində iştirak edən şəxslərdən kənar heç bir Bank müştərisinin hüququ pozulmamış, hesablarına müdaxilə edilməmişdir. Bununla yanaşı zərərçəkmiş qismində çıxış edən Banka dəyən maddi-mənəvi və imic zərərinə görə Bankın nümayəndəsi tərəfindən təqsirləndirilən şəxslərə qarşı məhkəmə iddiası qaldırılmışdır.
Zəngin tarixə malik DəmirBank, Azərbaycanın aparıcı banklarından biri olmaqla, hazırda ölkə üzrə bir çox regionları əhatə etməklə geniş xidmət şəbəkəsinə malikdir.
Hazırda DəmirBank-ın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya Maliyyə Təşkilatı kimi beynəlxalq maliyyə institutları yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 17 d. əvvəl
-
- 20 d. əvvəl
- 23 d. əvvəl
-
29 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
35 d. əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
1 saat əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Prior Leasing"in xalis mənfəəti artıb
İran qida məhsullarının ixracını qadağan edib





























