Gürcüstanda “Azərbaycan Ticarət Evi”nin açılması planlaşdırılır
Gürcüstanda “Azərbaycan Ticarət Evi”nin açılması planlaşdırılır.
"Marja" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov dekabrın 15-də Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes-forumu və üçüncü CEO Lunch zamanı deyib.
O, Azərbaycan hökumətinin Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və “Caspian Energy Georgia”nın dəstəyi ilə Gürcüstanda “Azərbaycan Ticarət Evi” açmağı planlaşdırdığını və bütün şirkətləri forum çərçivəsində bu məsələ ilə bağlı öz rəy və təkliflərini bildirməyə səsləyib.
“Biz bu layihənin uğurlu həyata keçirilməsinin mümkünlüyünü yalnız biznes ilə tərəfdaşlıqda görürük. Səfirlik həm Azərbaycan, həm də Gürcüstanın biznes nümayəndələri ilə dialoqa hər zaman açıqdır”, - deyə səfir vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)



